Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Moldova hücuma hazırlaşır?

Moldova hücuma hazırlaşır?


Moldovanın İsraildən ATMOS 2000 özüyeriyən artilleriya sistemləri alması Kişinyovun hücum əməliyyatlarına hazırlıq üçün silahlandığını deməyə əsas verir.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiya-Moldova Dostluq və Əməkdaşlıq Mərkəzinin rəhbəri Dmitri Sorokin deyib.

Onunn sözlərinə görə, Moldova Silahlı Qüvvələri daim xarici silahlarla təchiz edilir:

"Məsələn, ölkə bu yaxınlarda İsraildən ATMOS 2000 özüyeriyən artilleriya qurğusu alıb. Bu arada Moldova hakimiyyəti ictimaiyyəti bu silahların müdafiə üçün alındığına əmin edir, lakin bu silahların taktiki və texniki xarakteristikası yoxdur və mahiyyət etibarı ilə Moldova hücum hərəkətləri üçün silahlanıb”.

O, əlavə edib ki, özüyeriyən haubitsaların Təl-Əvivdən alınması əvvəllər ictimaiyyətə açıqlanmamışdı və belə qurğulardan birinin dəyəri təxminən 5,5 milyon avro təşkil edir.

Bundan başqa, ekspert qeyd edib ki, Moldova ordusundakı hərbçilərin sayının 30% artırılması, 6500-dən 8500-ə çatdırılması planlaşdırılır.

Cavid
Xəbəri paylaş