
ABŞ-ın fəal iştirakı olmadan Ukraynaya təhlükəsizlik təminatı təklif etmək çətindir.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu fikri İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tajani Channel bildirib.
O xatırladıb ki, ilkin olaraq İtaliyanın təklif etdiyi NATO Xartiyasının kollektiv müdafiə haqqında 5-ci maddəsinə oxşar model nəzərdən keçirilir:
"Lakin bu sazişin ABŞ-ın hava hücumundan müdafiə sistemində iştiraka razılığını daxil etməsi çox vacibdir. Çünki onun fəal iştirakı və ABŞ gücü olmadan adekvat müdafiəni təmin etmək çətin olacaq".
Qeyd edək ki, Vaşinqton bundan əvvəl Ukrayna üçün 28 bəndlik sülh planı təklif etmişdi. Sənəd Kiyevi və onun avropalı tərəfdaşlarını qəzəbləndirdi və onlar ona ciddi düzəlişlər etməyə cəhd etdilər.
Cavid











































