
Rusiya və Hindistan arasında hərbi personalın, habelə hərbi gəmilərin və təyyarələrin bir-birinin ərazisinə göndərilməsi qaydası haqqında hökumətlərarası sazişin ratifikasiyası müzakirə ediləcək.
Newscenter.az TASS-a istinadən bildirir ki, məsələyə dekabrın 2-də Dövlət Dumasında baxılacaq.
Rusiya Nazirlər Kabineti sazişin ratifikasiyası ilə bağlı qanun layihəsini noyabrın 28-də Dövlət Dumasına təqdim edib. Saziş 2025-ci il fevralın 18-də Moskvada imzalanıb.
Qanun layihəsinə izahat yazısında qeyd edildiyi kimi, birgə təlimlər, humanitar yardım, təbii və texnogen xarakterli fəlakətlərin nəticələrinin aradan qaldırılması zamanı və razılaşdırılmış digər hallarda qoşunların və texnikanın göndərilməsi, habelə onların maddi təminatı prosedurları Sazişdə nəzərdə tutulmuş qaydada tətbiq edilməsi nəzərdə tutulur. Hökumət bəyan edib ki, sənədin ratifikasiyası Rusiya və Hindistan arasında hərbi əməkdaşlığı gücləndirəcək.
Cavid











































