Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Estoniyaya müdaxilə hücum edə bilər

Rusiya Estoniyaya müdaxilə hücum edə bilər


"Rusiyanın Ukraynada uğursuzluqlarını kompensasiya etmək və yeni geosiyasi konsepsiya formalaşdırmaq məqsədilə Estoniyanın rusdilli Narva şəhərinə qarşı mümkün təxribat və ya hərbi addım ehtimalı istisna edilmir. Artan beynəlxalq geosiyasi gərginlik və Qərb alyansında mümkün fikir ayrılıqları fonunda belə bir ssenari mümkün ola bilər".

Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, son günlər Rusiya Latviya, Litva və Estoniyaya qarşı hibrid hücumlarını genişləndirir:

"Eyni zamanda, bu ölkələrin hava məkanında kəşfiyyat dronlarının mütəmadi uçuşları müşahidə olunur. NATO-nun isə bu addımlara qarşı hələlik sərt və prinsipial reaksiya vermədiyi görünür".

Məhəmməd Əsədullazadə qeyd edib ki, Rusiyanın Estoniyaya mümkün hücumu Almaniya ilə birbaşa toqquşma riskini artırır:

"Bundesver getdikcə güclənir və Rusiyadan gələn təhlükələri daha real qiymətləndirir.
Almaniya Baltikyanı ölkələrin müdafiəsi istiqamətində hərbi planlarını genişləndirir. Regionda Rusiya ilə qarşıdurma riskləri və təhlükəsizlik təhdidləri artmaqda davam edir".

Aygün
Xəbəri paylaş