Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yaponiyada ayı xəbərdarlığı: 94 məktəb bağlandı

Yaponiyada ayı xəbərdarlığı: 94 məktəb bağlandı


Tokio yaxınlığındakı Utsunomiya şəhərində ilk dəfə ayı görülməsindən sonra, təhlükəsizlik səbəbi ilə şəhərdəki bütün ibtidai və orta məktəblər bağlanıb.

Newscenter.az xarici mediaya istinadən bildirir ki, Tokiodan təxminən 100 kilometr şimalda yerləşən və yarım milyon əhalisi olan Utsunomiya şəhəri ilk dəfə ayı xəbərdarlığı ilə sarsılıb.

Həftəsonu şəhərdəki bir parkın yaxınlığında təxminən bir metr boyunda olan Asiya qara ayısı görülüb. Təhlükəsizlik kameraları onun şəhər mərkəzində iki yeniyetmənin yanından keçdiyini qeydə alıb.

Ayı hələ tutulmadığı üçün Utsunomiya bələdiyyəsi radikal addım atıb və şəhərdəki 94 ibtidai və orta məktəbin hamısında dərsləri dayandırıb. Bələdiyyə rəsmiləri ictimaiyyəti diqqətli olmağa çağırmaq üçün küçələrə səsgücləndiricilərlə təchiz olunmuş nəqliyyat vasitələri yerləşdirib.

Vətəndaşlardan qapı və pəncərələrini bağlı saxlamaları və ayını görsələr, ən yaxın binaya sığınmaları, ona yaxınlaşmaqdan çəkinmələri xahiş olunub. Polis qrupları və yerli ovçular birliyi şəhər ərazilərindən yoxa çıxan ayını tapmaq üçün genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı aparır.

Qeyd edək ki, bu il Yaponiyada rekord sayda - təxminən 50.000 ayı müşahidəsi qeydə alınıb. Adətən ölkənin şimal-şərqində cəmləşən bu vəziyyət hazırda paytaxt Tokionun ətrafına çatır və narahatlıq doğurur.

Aygün
Xəbəri paylaş