
Türkiyədə zəlzələ olub.
Newscenter.az-ın Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən verdiyi zəbərə görə, yeraltı təkanlar Antalyada Kaş rayonu sahillərində qeydə alınıb. Yeraltı təkanlar 4 bal gücündə olub.
Yerin 8,28 kilometr dərinlikdə baş verən zəlzələ ən yaxın yaşayış məntəqəsindən 187 kilometr aralıda qeydə alınıb. Dağıntı və tələfat barədə məlumat yoxdur.
Agentlik əhalini təşvişə düşməməyə çağırıb.
Aygün












































