
Kanada hakimiyyəti 16 yaşdan kiçik uşaqlar üçün sosial mediadan istifadəni qadağan edən qanun layihəsi hazırlamağa hazırlaşır.
Newscenter.az xəbər verir ki, bu barədə The Globe and Mail məlumat yayıb.
Məlumata görə, müvafiq qanun layihəsi yaxın gələcəkdə parlamentə təqdim edilə bilər. Sənədin hazırlanmasında Avstraliyanın təcrübəsindən istifadə edilib. Bu tədbirlər uşaqları sosial mediada çox vaxt keçirən valideynlərin çoxsaylı şikayətləri ilə bağlıdır.
Əvvəllər İspaniya və Maldiv adaları hakimiyyətinin yaxın gələcəkdə oxşar qadağalar tətbiq etmək niyyətində olduğu bildirilirdi.
16 yaşdan kiçiklərin sosial mediaya çıxışını qadağan edən qanun Avstraliyada 10 dekabr 2025-ci ildə qüvvəyə minib. Qadağa Facebook, Instagram , Kick, Reddit, Snapchat, Threads, TikTok, Twitch, X və YouTube-a şamil olunur. Yeni qanunvericiliyə əsasən, texnologiya platformaları onu pozduqlarına görə tam məsuliyyət daşıyır və yetkinlik yaşına çatmayanların hesablarını deaktiv etmək üçün bütün mümkün tədbirləri görmədikləri təqdirdə 49,5 milyon Avstraliya dollarına (təxminən 35 milyon dollar) qədər cərimə ilə üzləşirlər. Qanunun qüvvəyə minməsindən bəri uşaq və yeniyetmələrin ən azı 4,7 milyon hesabı deaktiv edilib və ya silinib.
Aygün












































