Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Britaniya hökumətində “yapraq tökümü”: Consonun taleyi necə olacaq?

Britaniya hökumətində “yapraq tökümü”: Consonun taleyi necə olacaq?


Böyük Britaniya hökumətində ard-arda bir neçə nazir istefa verib. Böyük Britaniyanın maliyyə naziri Rişi Sunak, səhiyyə naziri Sacid Cavid, Uşaq və ailə naziri Vill Kuins, Nəqliyyat nazirinin müavini Laura Trott və məktəb naziri Robin Valker vəzifəsindən uzaqlaşıb. Ümumilikdə isə iki gün ərzində 27 məmur hökuməti tərk edib. Artıq dünya mətbuatında Baş nazir Boris Consonun da hakimiyyətdən gedəcəyi ehtimalı müzakirə olunur.

Boris Conson təkcə Britaniya üçün yox, bütün dünya üçün əhəmiyyətli liderdir. 2001-ci ildən siyasətdə olan Conson 2006-cı ildə ölkənin xarici işlər naziri vəzifəsinə təyin olunub. 2019-cü ildən Baş nazir vəzifəsini icra edir. Həmin vaxtdan bu yana ölkəsinin inkişafı, potensialının artması üçün mühüm işlər görüb.

Son vaxtlar isə Londonda siyasi böhran hökm sürür. Bu məsələlərə ölkə mətbuatında da geniş yer verilir. Məsələn, məşhur “Garden” nəşrininin yazdığına görə, Conson kor topal kimi gəzir və bunun nə qədər davam edə biləcəyi sual altındadır. “Times” qəzeti isə Consonun müşavirlərinə hər şeyin qaydasında olduğu və siyasi mübarizəyə hazır olması barədə yazıb.
London hazırda davam edən siyasi hadisələrin əsas aktorlarından biridir. İstər NATO daxilində baş verən proseslərdə, istərsə də Ukrayna ilə Rusiya arasında davam edən müharibənin inkişafında Britaniyanın müstəsna rolur var. Bunu bütün dünya dövlətləri görür və bilir.

Doğrudur, Britaniya daxilində, bəlkə də, müəyyən sosial narazılıqlar var. Lakin bu, hazırda Consonun vəzifəsindən getməsi üçün kifayət deyil. Çünki bir siyasətçi kimi onun uğurları daha çoxdur. Təsadüfi deyil ki, Baş nazir özü bu barədə danışarkən bildirib ki, onun hələlik istefa vermək fikri yoxdur.

Ümumiyyətlə, indi dünya liderlərinin Consonun xarici siyasət kursuna ehtiyacı var. Bu mənada Baş nazirin vəzifəsindən gedəcəyi ağlabatan görünmür. Bunun birinci səbəbi odur ki, Conson əvvəllər də oxşar çətinliklərlə üzləşib və həmin sınaqlardan uğurla çıxıb. İkinci bir tərəfdən isə yenə hansısa çətinliklə qarşılaşacağı təqdirdə dünya liderləri, o cümlədən ABŞ Prezidenti Cozef Bayden, Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və digər siyasilər, yəqin ki, bunun qarşısını almağa çalışarlar. Çünki indi təkcə Britaniyada deyil, istənilən Qərb ölkəsində dövlət və ya hökumət başçısının vəzifədən getməsi onsuz da mürəkkəb olan beynəlxalq siyasi konyukturanı daha da gərginləşdirə bilər.

Kənan Novruzov-siyasi ekspert
Xəbəri paylaş