Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Britaniyanın İrandakı səfirinin müavini və bir neçə xarici diplomat saxlanılıb-VİDEO

Britaniyanın İrandakı səfirinin müavini və bir neçə xarici diplomat saxlanılıb-VİDEO


İran İnqilabı Keşikçiləri Qvardiyası (SEPAH) Böyük Britaniyanın Tehrandakı səfirinin müavini Caylz Uitakeri və bir neçə xarici ölkə diplomatını casusluq ittihamı ilə saxlayıb.

Newscenter.az “Report”-a istinadən xəbər verir ki, məlumatı “Farsnews” yayıb.

Bildirilib ki, diplomatlar İranın Kerman əyalətində Şahdad çölündə torpaq nümunəsi götürərkən tutulublar. Qvardiyanın kəşfiyyat xidməti hadisənin video-görüntüsünü də yayıb.

“Böyük Britaniya səfirinin müavini ailəsi ilə birlikdə turist kimi Şahdad çölünə səyahət edib. Ancaq videodan məlum olur ki, o, bu ərazidə torpaq nümunəsi toplayıb”, - məlumat qeyd olunub.

Qeyd olunub ki, İrana elmi mübadilə adı altında səfər etmiş polşalı alim Matsyen Valçak da saxlanılıb. O, da turist adı ilə Şahdad çölündə olub.

Diplomatların tutulduqları ərazidə bu yaxınlarda qvardiya raket sınağı keçirib.

Məlumata görə, tutulanlardan biri Avstriyanın Tehrandakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşavirinin xanımıdır. O, İranın Semnan əyalətinin Damqan rayonunun kəndinə səfər edərək oradan torpaq nümunəsi toplayıb.

İran tərəfi bildirib ki, diplomatların və bəhs edilən turistlərin torpaq nümunəsi topladıqları əraziyə icazə əsasında getmək olar.

Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, diplomatların İranda həbs olunması məlumatı yalandır.

Xəbəri paylaş