Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sədaqət Vəliyeva: “Ölkə başçısının regionlara hər bir səfəri xoş bir ənənə halını alan tarixi hadisəyə çevrilir”

Sədaqət Vəliyeva: “Ölkə başçısının regionlara hər bir səfəri xoş bir ənənə halını alan tarixi hadisəyə çevrilir”


Ölkə başçısı, cənab prezident İlham Əliyevin ən yaxın sirdaşı Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə regionlarımıza hər bir səfəri xoş bir ənənə halını alan tarixi hadisəyə çevrilir. Səfərlər zamanı ölkə başçımız regionlarda həyata keçirilən quruculuq-abadlıq işləri ilə yaxından tanış olur və bütün işlərə şəxsən özü nəzarət edir. Azərbaycan prezidentinin diqqət və qayğısının nəticəsidir ki, Bakı ilə yanaşı regionlarımızda da böyük sosial-iqtisadi inkşaf müşahidə olunur.

Avqustun 12-də mötərəm Prezident İlham Əliyevin Ağsu və İsmayıllı rayonlarına səfər etməsi böyük sosial, iqtisadi və siyasi əhəmiyyətə malik hadisə kimi tarixə həkk oldu. Səfər çərçivəsində cənab prezidentimiz İlham Əliyev İsmayıllı rayonunda “Basqal Resort & Spa” otelinin, Ağsu şəhərində Gənc Sənətkarlar Mərkəzinin və Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak etdi, “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində aparılan və icrası nəzərdə tutulan tikinti-bərpa işləri və “Ağsu Aqropark” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə yaxından tanış oldu.

Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Azərbaycan Televiziyasına müsahibə verən cənab Prezident İlham Əliyev qeyd etdi ki, Ağsu və İsmayıllı rayonlarında dövlət proqramına uyğun olaraq icrası nəzərdə tutulmuş infrastruktur layihələrinin əsas hissəsi həyata keçirilmişdir. Əhalinin qazla, elektrik enerjisi ilə və su təchizatı ilə, təminatının yüksəldilməsi istiqamətində və yolların tikintisi ilə bağlı böyük layihələr həyata keçirilmişdir. Ağsu və İsmayıllı şəhərlərinin hər birində 160 çarpayılıq yeni xəstəxana tikilmiş, 100-ə yaxın məktəb inşa edilmiş və ya əsaslı şəkildə təmir olunmuşdur. Hər iki rayonda əhalinin işlə təmin olunması istiqamətində də bir sıra işlər həyata keçirilmişdir. “Basqal Resort & Spa” hotelində 300-ə yaxın yeni iş yeri, “Ağsu Aqropark”da isə 200-ə yaxın yeni iş yeri açılmışdır. Həyata keçirilən bütün bu işlər ümumilikdə regionun sosial-iqtisadi inkşafına və region əhalisinin həyat səviyyəsinin yüksəlməsinə böyük təkan verəcəkdir:

“Bu gün dünyada cərəyan edən müharibələr, qeyri-sabit proseslər fonunda sabitlik adasına çevrilmiş ölkəmizdə hər bir sahədə sürətli inkşaf müşahidə olunur. Əlbətdə bütün bunlar ölkə başçımız, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasətin nəticəsidir. Mötərəm prezident İlham Əliyevin gecə-gündüz, yorulmadan ölkəmizin inkşafı istiqamətində həyata keçirdiyi fəaliyyət sayəsində bu gün Azərbaycan dünya miqyasında öz gücü, mövqeyi və sosial-iqtisadi inkşafı ilə lider ölkələrdən birinə çevrilmişdir.”

Ruhiyyə
Xəbəri paylaş