Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğan Zelenski ilə danışıb

Ərdoğan Zelenski ilə danışıb


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ukraynalı həmkarı Volodimir Zelenski arasında telefon danışığı olub.

Newscenter.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, liderlər Rusiya ilə Ukrayna arasındakı müharibəni müzakirə ediblər.

Bundan başqa, Ərdoğan əsir mübadiləsi prosesinin uğurla başa çatmasından məmnunluğunu ifad edib. Türkiyə lideri söyləyib ki, Ukraynanın Rusiyanın nəzarəti altında olan bəzi ərazilərində "referendum"un təşkili diplomatik səylərə mane olur. Ərdoğan müharibənin sülh yolu bitməsi üçün hər cür töhfəni verməyə hazır olduğunu deyib.
Xəbəri paylaş