Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Baş Qərargah rəisi Kərim Vəliyev ABŞ-da aviasiya bazasını ziyarət edib

Baş Qərargah rəisi Kərim Vəliyev ABŞ-da aviasiya bazasını ziyarət edib


Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində Oklahoma Hava Milli Qvardiyasının “Will Rogers” aviasiya bazasını ziyarət edib.

Bu barədə Newscenter.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Aviasiya bazası ilə tanışlıq zamanı Azərbaycan nümayəndə heyətinə bazanın yaranma tarixi və əsas fəaliyyət istiqamətlərinə dair brifinq təqdim olunub, habelə aviasiya və qvardiyaya aid bir sıra hərbi vasitələr nümayiş etdirilib.

Mehman
Xəbəri paylaş