Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tehran 43-Böyük Güclərin görüşünün təşkilatçısı olan azərbaycanlı kim olub?-FOTO

Tehran 43-Böyük Güclərin görüşünün təşkilatçısı olan azərbaycanlı kim olub?-FOTO


Tarixi oxuyan çox insan Tehranda keçirilən Stalin-Ruzvelt-Çörçil görüşü barədə məlumatlıdır. Tehranda o dövrdə həm SSRİ, həm də İran tərəfdən azərbaycanlılar müxtəlif cür vəzifələrdə iştirak ediblər.

Uzun müddət kəşfiyyat orqanlarında çalışmış Məmmədhüseyn Əsədov, İsmayıl xan Şəfai kimi şəxsləri adı bu gün bu barədə tədqiqat aparan şəxslərin əsərlərində səslənir. Məlumdur ki, SSRİ nümayəndə heyətinin 1943-cü ildə Tehran konfransında təhlükəsizliyinin və işinin təminatı üçün görülən tədbirlər sistemi Sovet rəhbərliyi tərəfindən şərti olaraq “30-cu istiqamət” adını almışdı. Bunun üçün də xüsusi qrup hazırlanmış idi. Bu qrupa daxil olan şəxslərdən biri də Zeynalov İsa Zeynalabdin oğludur. Onun haqqında uzun illər idi məlumatlar gizli saxlanırdı, təsadüfən bu adam haqqında eşidib kiçik bir araşdırma apardım. Zeynalov İsa 1905-ci ildə Bakı şəhərində anadan olub. Rus, fars, türk dillərini mükəmməl bilib, dəmiryol qoşunları kapitanı hərbi rütbəsi daşıyıb.

1941-ci ildə İrana ezam edilib və burada çalışıb. Siyasi işçi vəzifəsində İranda çalışan kapitan Zeynalov İsa tərcüməçi və siyasi təbliğat işləri görüb. 1943-cü ildə Tehranda üç nəhəng dövlətin rəhbərlərinin görüşünün təşkilatçılarından biri olub. Stalinin Tehrana gəlməsi və burda təhlükəsizliyindən cavabdeh olan adamlardan biri kimi İranda olan siyasi prosesləri təhlil edib ona təqdim edib. Stalin qatarla Tehrana gələndə onu müşayət edib. Onun şəxsi danışıqlarında tərcüməçi kimi çalışıb.

Tehran danışıqlarında Sovetlər tərəfindən həm tərcüməsi olub, həm də Amerikanların Lend Liz qanunun hazırlanmasında iştirak edib.Adolf Hitleri məğlubiyyətə uğratmış qanunun Sovetlərin xeyrinə maddələr salınmasına nail olub. Eyni zamanda İranda yaşayan minlərlə azərbaycanlının hüquqlarının da qorunması məsələsini gündəmdə saxlayıb. Amerikalılar ilə mütəmadi ünsiyyətdə olan Zeynalov İsa Stalinin əmri ilə ikinci dünya müharibəsinin sonuna qədər Tehranda çalışıb, onların nümayəndəsi kimi bütün proseslərdə iştirak edib. Müharibədən sonra Bakıya qayıdıb və Bakı dəmiryol İdarəsində kadrlar şöbəsinə rəhbərlik edib.

1970-ci ildə pensiyaya çıxıb, 1980-ci ildə rəhmətə gedib..

Zaur Əliyev-dosent
Xəbəri paylaş