Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Ukraynadan sonrakı hədəfini işarə etdi

Rusiya Ukraynadan sonrakı hədəfini işarə etdi


Rusiya Ukraynadan sonrakı hədəfini işarə etdi. Rusiya XİN başçısı Sergey Lavrov verdiyi açıqlamada Ukraynadan sonra digər anti-Rusiya mövqeli dövlət olaraq Moldovanı və onun rəhbəri Maria Sandunu göstərdi.

Newscenter.az-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən politoloq Samir Hümbətovun qənaətincə, Lavrovun deməyindən belə qənaətə gəlmək olar ki, Rusiya Ukraynada qalib gələrsə, Moldovanı hədəf alacaq:

"Lavrov həm də bildirib ki, Moldova da NATO-ya daxil olmaq istəyir. Bir müddət öncə qərbin Ukraynaya niyə dəstək verməyə məcbur olduğunu cavablandırarkən bildirmişdim ki, Rusiya Ukraynada qalib gələrsə, növbəti hədəfləri Moldova və Baltikyanı ölkələr olacaq".

Politoloqun sözlərinə görə, Görünənlər ondan ibarətdir ki, qərb dövlətləri Rusiyanın planlarından xəbərdardır və onun qarşısını almaq üçün Ukraynaya məcburi də olsa dəstək verməli olacaqlar. Əgər qərb dövlətləri Ukraynaya kifayət qədər dəstək verməsələr itkiləri ondan az olmayacaq:

"Fikrimcə, ABŞ tərəfi də bütün bu itkilərin nə dərəcədə və hansı vəziyyətdə olduğunu hesablayıblar. Həmçinin ABŞ-nin Ukraynaya tətbiq etdiyi Lend-Liz(Ukraynaya silah-sursat, hərbi texnika və umanitar yardım)qərarının da qüvvədə qalacağını düşünürəm".

Mehman
Xəbəri paylaş