Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şirvanda qanunsuz balıq ovunun qarşısı alınır

Şirvanda qanunsuz balıq ovunun qarşısı alınır


Şirvanda qanunsuz balıq ovu hallarının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Newscenter.az-a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən Şirvan kanalının şəhər ərazisindən keçən hissəsində aparılan profilaktik-nəzarət tədbirləri zamanı qeyd edilən qanunsuz əməllə məşğul olan N.Abbasəliyev saxlanılıb.

Həmin şəxsdən kustar üsulla hazırlanmış qanunsuz ov qurğuları, eləcə də ovlanmış balıqlar aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı ŞPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar davam etdirilir.

Mehman
Xəbəri paylaş