Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Fazil Mustafaya qarşı hücumun arxasında İranın dayanması heç kimdə şübhə doğurmur”

“Fazil Mustafaya qarşı hücumun arxasında İranın dayanması heç kimdə şübhə doğurmur”


Həmkarım Fazil Mustafaya qarşı hücumun arxasında İranın dayanması artıq heç kimdə şübhə doğurmur. Bu, son dövrlərdə İranın, Tehrandakı səfirliyimizdə törədilmiş hadisədən sonra, Azərbaycana qarşı ikinci terror əməlidir. Səfirliyimizə qarşı hücuma görə heç kəsin nəinki cəzalandırılmaması, cinayətkarın media qarşısında sərbəst çıxışına şərait yaradılması bir daha göstərir ki, İran terrorçu mahiyyətə malik dövlətdir və bu ölkədə terror törətmək cinayət sayılmır.

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Könül Nurullayeva səsləndirib. Millət vəkili bildirib ki, Fazil Mustafaya qarşı hücumun vaxtı da təsadüfi seçilməyib:

"Terror hadisəsi İsraildə Azərbaycan səfirliyinin açıldığı, xarici işlər naziri Ceyhun Bayramovun bu ölkədə səfərdə olduğu ərəfədə törədilib. Bundan əlavə, hadisənin, Azərbaycan xüsusi xidmət orqanlarının yaranma günü ərəfəsində baş verməsi onu da göstərdi ki, xüsusi xidmət orqanlarımızın ölkədə sabitliyi və təhlükəsizliyi peşəkar səviyyədə təmin etməsi İranın xoşuna gəlmir".

Deputat qeyd edib ki, İran ölkəmizdə dəfələrlə terror qətlləri törədib. Akademik Ziya Bünyadovun, jurnalist Rafiq Tağının qətlini heç kim unutmayıb:

"Hətta 2012-ci ildə Bakıda “Avroviziya” mahnı müsabiqəsi keçirilən zaman İranın ölkəmizdə planlaşdırdığı terror həmlələri haqqında çoxsaylı məlumatlar var idi.

Ümumilikdə, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra üzləşdiyi bütün ağır vəziyyətlərdə İranın iştirakı olub. Bu baxımdan İranın Azərbaycana münasibəti işğalçı Ermənistanın münasibətindən heç nə ilə fərqlənməyib. Bu faktlar bir daha göstərir ki, İrandakı Molla rejimi Azərbaycana qarşı kin və nifrət bəsləyir".

Ruhiyyə
Xəbəri paylaş