Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Müdafiə Nazirliyi qarşısında məsələ qaldırılmalıdır -ÖZƏL

Rusiya Müdafiə Nazirliyi qarşısında məsələ qaldırılmalıdır


"Azərbaycan tərəfi Rusiya Müdafiə Nazirliyi qarşısında məsələ qaldırmalıdır. Çünki Rusiya Müdafiə Nazirliyinə bağlı olan sülhməramlı qüvvələr öz missiyalarını qəti şəkildə yerinə yetirmirlər. Əgər belə olmasaydı hər gün bir neçə dəfə Azərbaycan Silahlı Qüvvələrin mövqeləri atəşə tutulmazdı".

Bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb. Analitik Qrupdan Newscenter.az-a daxil olan açıqlamada bildirilib ki, bir qayda olaraq Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri Rusiya sülhməramlılarının müvəqqəti olaraq yerləşdiyi ərazilərdən atəşə tutulur. Buna cavab olaraq isə sülhməramlı kontingentin rəhbərliyi Ermənistan tərəfində heç bir xəbərdarlıq etmir:

"Əksinə Qarabağdakı separatçıların Xocalıda təlim keçməsi, onlara silah-sursat, hərbi texnika daşınmasına şərait yaradır. Ona görə də qəti şəkildə Rusiya Müdafiə Nazirliyinə xəbərdarlıq edilməlidir ki, sülhməramlılara öz missiyalarından kənar addım atmamaq, qarşılarına qoyulan vəzifələri yerinə yetirmək barədə ciddi tapşırıq verilsin".

Mehman Mehdiyev
Xəbəri paylaş