Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda buğda və arpanın qiyməti artacaq -ÖZƏL

Azərbaycanda buğda və arpanın qiyməti artacaq


Xeyli müddətdir ölkə üzrə davam edən şiddətli yağışlar və sel daşqınları kənd təsərrüfatına ciddi ziyan vurub. Xüsusilə, buğda və arpa sahələri sel sularından zərər görüb ki, bu da istər-istəməz məhsuldarlığı aşağı salıb. Məhsuldarlığın aşağı düşməsi tələbatın artmasına, bu da nəticə etibarilə qiymət artımına gətirib çıxara bilər. Elə Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvü Tural Əfəndi də bu qənaətdədir.

Newscenter.az-ın xəbərinə görə, Tural Əfəndi deyib ki, ölkədə məhsuldarlığın bu il olduqca aşağı olduğunu nəzərə alaraq arpanın minimum qiymətinin 50 qəpik, buğdanın qiymətinin isə 60 qəpiyə yüksəlməsi qaçınılmaz olacaq.

Tural Əfəndi ölkədə arpanın qiymətinin rəsmi olaraq açıqlanmadığını da problem kimi qeyd edərək bildirib ki, bu qeyri-müəyyənlikdən isə daha çox işbazlar qazanır:

"Azərbaycanda 2 həftəyə yaxındır ki arpa biçini başlayıb, ancaq rəsmi olaraq heç bir qiymət açıqlanmır. Bundan istifadə edən işbazlar məhsulun qiymətini istədiyi kimi minimuma endirib sahibkarı çıxılmaz vəziyyətə salırlar. Krediti, borcu olan sahibkarlar məcburiyyətdən çox aşağı qiymətə məhsulunu satır".

Anar Əliyev
Xəbəri paylaş