Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

WhatsApp bunu da etdi -ÖZƏL

WhatsApp bunu da etdi


WhatsApp sosial şəbəkə platforması istifadəçilərin gizliliyinin təmin edilməsi istiqamətində daha bir addım atmaq niyyətindədir.

Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, Meta, WhatsApp mesajlaşma tətbiqinə Telegram-a bənzər bir kanal" xüsusiyyətini gətirəcəyini açıqlayıb. Bildirilir ki, istifadəçilərin izləmək istədikləri insan və qurumların kanalları olacaq və bu kanallarda administratorlar foto, mətn, video, stiker və sorğu paylaşa biləcəklər.

Fərdlərdən və təşkilatlardan ani məlumat verəcək WhatsApp kanalları xüsusiyyəti ailə, dostlar və icmalarla söhbətlərdən ayrı bir bölmədə yer alacaq.

Həmçinin, kanalların yenilənməsi ilə kanal sahibi şəxslər və ya qurumlar mətn, foto, video, stiker və sorğuları "birtərəfli" göndərə biləcəklər. Beləliklə, istifadəçilər izlədikləri kanallardan ən son yenilikləri anında ala biləcəklər.

WhatsApp yeni elan etdiyi kanal xüsusiyyətində məxfiliyə önəm verdiyini bildirir.

Mehman Mehdiyev
Xəbəri paylaş