Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan danışıqlar prosesindən yayınır -ÖZƏL

Ermənistan danışıqlar prosesindən yayınır


Ermənistan danışıqlar prosesindən yayınır

"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda nəzərdə tutulan növbəti görüşünün təxirə salınması İrəvanın danışıqlar prosesindən yayınması deməkdir". Bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb.

Analitik Qrupdan Newscenter-az-a daxil olan açıqlamada bildirilib ki, Ermənistan zaman-zaman danışıqlardan yayınmaq, sülh prosesinə əngəl olmağa çalışıb:

"Vaşinqton, Moskva və nəhayət, Kişinou görüşündən sonra şərti sərhəd boyunca erməni təxribatlarının sayının artması, gündəlik Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin atəşə tutulması onu deməyə əsas verirdi ki, Ermənistan sülhdən yana deyil, bu ölkə danışıqlar prosesinə mane olmağa çalışır. Elə xarici işlər nazirlərinin Vaşinqton görüşünün təxirə salınması da bunu bir daha təsdiqləyir".
Analitik Qrupdan o da bildirilib ki, vəziyyətin belə davam etməsi və İrəvanın danışıqlar prosesinə müxtəlif vasitələrlə əngəl olması yenidən hərbi əməliyyatları aktual edir.

Anar Əliyev
Xəbəri paylaş