Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə torpaq sürüşməsi baş verdi -ÖZƏL

Türkiyədə torpaq sürüşməsi baş verdi


Türkiyədə günlərdir davam edən leysan yağışlar və daşqınlar bir çox vilayətlərdə ciddi zərərə yol açıb. Newscenter.az trthaber-ə istinadən bildirir ki, leysan yağışlardan zərər görən vilayətlərdən biri də Ordudur.

Belə ki, yağışlar Ordunun 4 qəsəbəsində torpaq sürüşməsinə yol açıb. Türkiyənin Fövqəladə Halların İdarəedilməsi Agentliyi (AFAD) 94 nöqtədə torpaq sürüşməsi halını qeydə alıb.

Ordu Böyükşehir Bələdiyyəsi torpaq sürüşməsinin ən çox ziyan vurduğu Akkuş, Çaybaşı, İkizce və Ünye qəsəbələrində təbii fəlakətin aradan qaldırılmasına başlayıb. Ümumilikdə, bu fəaliyyətlərə bələdiyyənin 148 işçisi və 74 texnikası cəlb edilib.

Mehman Mehdiyev
Xəbəri paylaş