Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məktəblilərlə görüş keçirilib

Məktəblilərlə görüş keçirilib



Bakı şəhəri 327 nömrəli tam orta məktəbdə şagirdlərlə görüş keçirilib.

Görüşdə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Suraxanı Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Əziz Əzizov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Təhsilin Keyfiyyətinə nəzarət sektorunun müdiri Anar Mustafazadə, IX-XI sinif şagirdləri iştirak ediblər.

Newscenter.az xəbər verir ki, görüş zamanı M.Abbaszadə şagirdlərə buraxılış imtahanları, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul barədə ətraflı məlumat verib, məktəblilərin suallarını cavablandırıb.

Suraxanı Rayon İcra Hakimiyyəti (RİH) başçısı Əziz Əzizov buraxılış siniflərində təhsil alan şagirdlərlə görüşün xüsusi əhəmiyyətini vurğulayıb, növbəti imtahanlarda onlara uğurlar arzulayıb.

BŞTİ-nin Təhsilin Keyfiyyətinə nəzarət sektorunun müdiri Anar Mustafazadə məktəblərdə aparılan monitorinqlərin nəticələri, buraxılış imtahanlarının təhlilləri barədə danışıb.

R.Mehdiyeva
Xəbəri paylaş