Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fortifikasiya qurğuları hansı məqsədlərə xidmət edir?

Fortifikasiya qurğuları hansı məqsədlərə xidmət edir?


Son həftələrdə şərti sərhəd boyu davam edən erməni təxribatı, atəşkəsin müntəzəm olaraq pozulması fonunda Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatlarda bir məqam da diqqəti çəkir. Nazirliyn məlumatında üeyd edilir ki, qeyri-qanuni erməni silahlılarının fortifikasiya qurğuları quraşdırmaq cəhdinin qarşısı alınıb. Bəs, fortifikasiya qurğuları hansı anlamı verir və nə deməkdir?

Newscenter.az-ın xəbərinə görə, hərbi ekspert Ədalət Verdiyev bununla bağlı məsələyə aydınlıq gətirib. Ekspert bildirib ki, fortifikasiya qurğuları qoşunların yerləşdirilməsi və silah, hərbi texnika, komanda məntəqələrinin ən səmərəli istifadə edilməsi, habelə qoşunların, əhalinin və ölkənin arxa cəbhəsinin obyektlərinin düşmən silahlarının təsirindən qorunması üçün nəzərdə tutulmuş istehkam tikililəridir:

"Bu qurğular səhra və uzunmüddətli olmaqla iki yerə bölünür".

Ədalət Verdiyev qeyd edib ki, istehkam tədqiqatları, digər məsələlərlə yanaşı, konstruksiyaların hazırlanmasını, səhra və uzunmüddətli istehkamların qurulmasını və istifadəsi üsullarını özündə ehtiva edir".

Anar Əliyev
Xəbəri paylaş