"Ağır sosial durum və gün-gündən artan qiymətlər səbəbindən insanlar Ermənistanı tərk etməyə başlayacaqlar. Vəziyyət hər ötən gün daha da ağırlaşır".
Newscenter.az hraparak.am-a istinadən bildirir ki, bunları erməni iqtisadçı Vardan Bostancyan deyib. O bildirib ki, kütləvi şəkildə qiymət artımı və vergi artımı Ermənistanın ermənisizləşdirilməsi layihəsinin tərkib hissəsidir:
"Əmlak vergisini artırırlar ki, insanlar mənzillərini satıb mərkəzdən çıxsınlar. Əhalidən “təmizlənmiş” ərazilər bu sui-qəsdin arxasında duranların əlinə keçəcək".
Erməni iqtisadçı "İnsanlar Ermənistanı tərk etməyə başlayacaqlar. Bəlkə də çox pessimist danışıram, amma hər şey buna doğru gedir",-deyə vurğulayıb.
Anar Əliyev