Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hədəflər də ölçülə bilən və realdır

Hədəflər də ölçülə bilən və realdır


"Azərbaycanı qərəzli şəkildə “petrostate” kimi təqdim etməyə çalışanlar üçün daha bir bilgi. Bu ilin ilk 10 ayında Azərbaycanda yaşıl enerji istehsalı 80 faiz artıb. Həmin dövrdə yaşıl enerji mənbələri üzrə elektrik enerjisi istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 1 495,0 mln. kVt·st artaraq 3 315,3 mln. kVt·st təşkil edib. Külək elektrik stansiyalarında 44,8 mln. kVt·st, günəş elektrik stansiyalarında isə 515,3 mln. kVt·st enerji istehsal edilib".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov səsləndirib. Millət vəkili bildirib ki, hədəflər də ölçülə bilən və realdır:

"2030-cu ildək Azərbaycanda ümumi enerji istehlakında yaşıl enerjinin payının 35 faizə çatdırılması və karbon emissiyasının 40 faiz azaldılması nəzərdə tutulur. Son illər alternativ mənbələrdən enerji istehsalına 1 milyard dollardan çox sərmayə cəlb edən Azərbaycan 2026-cı ildən sonra Avropaya yaşıl enerji ixrac etməyi hədəfləyir".

Süleyman
Xəbəri paylaş