Nəsimi rayon İcra Hakimiyyətində qış mövsümünə hazırlıqla bağlı təsərrüfat xidmətlərinin,idarə, müəssisə və təşkilatların qarşısında duran vəzifələrə həsr olunmuş iclas keçirilmişdir. İclasda Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri - Ərazi idarəetmə və yerli özünüidarətmə orqanları ilə iş şöbəsinin müdiri Anar Tağıyev, Mənzil Fondu uçotu şöbəsinin müdiri Kərəm Qafarlı, Bakı Şəhər Mənzil - Komunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehralıyev, Rayon Polis İdrəsinin rəisi Vüqar Ağayev, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları iştirak etmişlər.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının müavini Zahid Xəlilov qış mövsümünə hazırlıqla bağlı görülmüş işlər haqqında geniş məlumat vermişdir. Məsələ ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyətinin başçısı cənab Eldar Əzizov tərəfindən verilən tapşırıqları yığıncaq iştirakçılarının nəzərinə çatdırmış, zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulamışdır. Rayonda fəaliyyət göstərən müsəssisə və təşkilatların, o cümlədən mənzil-tikinti kooperativlərinin payız-qış mövsümü ilə əlaqədar öz ərazilərinə dair hazırlıq işlərinin bir daha nəzərdən keçirilməsi, zəruri inventar və avadanlıqların tədarük edilməsi, cavabdeh şəxslərin təlimatlandırılması, bu istiqamətdə fəaliyyətlərinin rayon Qərargahı ilə əlaqələndirilməsi tövsiyə edilmişdir.
Payız-qış mövsümü ilə əlaqədar rayon İcra Hakimiyyətində təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq fəaliyyət göstərən Qərargah tərəfindən əsas, köməkçi məhəllədaxili yolların, səkilərin qardan vaxtında təmizlənməsi üçün cavabdeh təşkilatların müəyyənləşdirildiyi,
Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sədri Nizami Mayılov MKTB-nin tabeliyində olan xüsusi texnikaların saz vəziyyətə gətirildiyini, inventar, qum və duz tədarükü edildiyini qeyd edərək, qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı günlərində Birliyin, o cümlədən MKİS-lərin xüsusi rejimində çalışacağını, yaranan çatışmamazlıqların aradan qaldırılması məqsədilə operativ tədbirlərin görüləcəyini vurğuladı.
İclasda çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri - Ərazi idarəetmə və yerli özünüidarətmə orqanları ilə iş şöbəsinin müdiri Anar Tağıyev, Bakı Şəhər Mənzil - Komunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehralıyev 2024-2025-ci illəri əhatə edən qış mövsümünə hazırlıq işlərinin təşkili və təmin edilməsi barədə Bakı şəhər İcra Hakimiyyətində keçirilmiş müşavirədə verilmiş tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar rayonlarda müşavirələrin keçirildiyini qeyd etmişlər, eyni zamanda bu sahədə zəruri tədbirlərin görüldüyü vurğulanmışdır.
İclasda Nəsimi 25 MMC-nin “Şimşək MTK”, 164 saylı tam orta məktəbin, 123 nömrəli uşaq bağçasının, 5 saylı Mənzil-Kommunal Kontorunun, nümayəndələri çıxış edərək, ağacların budanması və quru ağacların götürülməsi, bina və həyətlərin abadlaşdırılması, səkilərdə, piyadaların gediş-gəliş sahələrində avtomobillərin saxlanması halları ilə bağlı məsələləri qeyd etmişlər. Həmçinin payız-qış mövsümünə dair suallar cavablandırılmış, müzakirələr zamanı məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Ruhiyyə Mehdiyeva