Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə iqtisadiyyatı böyüyür

Türkiyə iqtisadiyyatı böyüyür


Türkiyə iqtisadiyyatı cari ilin doqquz ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz artıb.

Newscenter.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz deyib. O bildirib ki, 2024-cü ilin üçüncü rübündə artım zəif xarici tələb şərtləri ilə müəyyən edilib və bu, iqtisadiyyatın zəifləməsinə səbəb olub:

"İdxalın azalması ilə əlaqədar olaraq ixracın artıma töhfəsi 2,2 bənd təşkil edib. Xalis mal və xidmətlərin ixracının artıma verdiyi töhfə bu rübdə də artıma müsbət töhfə verib və tarazlıqda həlledici olub".

Cevdet Yılmaz deyib ki, Türkiyə iqtisadiyyatı 17 rübdür ki, böyüyür.

Mehman Mehdiyev
Xəbəri paylaş