Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa İttifaqının Gürcüstan siyasəti tənəzzülə uğradı

Avropa İttifaqının Gürcüstan siyasəti tənəzzülə uğradı


"Gürcüstan hökumətinin Avropa İttifaqı ilə danışıqları rəsmən dayandırmasi Brüssel üçün Tiflisdən gözlənilməz bir həmlə idi. Həmçinin hökumətin Avropa İttifaqının qrantlarından imtina etməsi, o deməkdir ki, Brüsselin bütün siyasi təlimatları olmayacaq".

Newscenter.az xəbər verir ki, bunları politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, bu, Gürcüstan üçün yeni bir siyasi mərhələnin başlanğıcıdır:

"Ölkə xarici siyasət kursunu dəyişərək Rusiya, Çinlə iqtisadi və siyasi əlaqələri inkişaf etdirəcək. Gürcüstan artıq Qərbin strateji tərəfdaşlığından çıxaraq yeni siyasi prosesə başlayır. Yeni strategiya Gürcüstan hökuməti üçün çətinliklər yaradacaq".

Politoloq deyib ki, Gürcüstanin de-fakto lideri B. İvanaşvilinin layihəsi olan yeni Gürcüstan M. Saakaşvili Gürcüstanından anti-demokratik siyasətinə görə ciddi fərqlənəcək:

"Gürcüstan cəmiyyəti üçün xarakterik olan demokratiya, insan hüquqları, fikir və söz azadlığı yeni Gürcüstanda xatirə kimi xatırlanacaq.

Təbii ki, 20 illik avrointeqrasiya siyasi kursunun dayandırılmasi, Moskva ilə münasibətlərin normallaşmasına gətirib çıxarması mümkündür".

Məhəmməd Əsədullazadə qeyd edib ki, Avropa İttifaqının Gürcüstan siyasəti tənəzzülə uğradı:

"Bununla da Gürcüstan Qərb münasibətləri kəskinləşəcək. Qərbin Gürcü Arzusu Partiyasının rəsmilərinə sanksiyaların tətbiqi istisna deyil.
Gürcüstan hökuməti çalışacaq ki, Moskva ilə danışıqlar aparıb, Cənubi Osetiya və Abxaziyaya nəzarəti bərpa etməyə nail olsun. Xüsusilə, Moskva Cənubi Osetiya ilə bağlı addımlar ata bilər. Amma, Abxaziya ilə bağlı Moskvanın siyasəti dəyişməz olaraq qalacaq. Gürcüstan xalqı isə, tarixin ona verdiyi fürsətləri dəyərləndirə bilmədi. Gürcüstanda yeni inqilab isə, heç üfüqdə görsənmir".

Süleyman
Xəbəri paylaş