Yeni dünya düzəni anlayışı əslində, güclərin bir-biriləri ilə dünyada təsir dairələrinin müəyyən edilməsi üzərindən deyil, azad yaşamaq istəyən insan toplumları ilə avtoritar idarəçilik arzu edənlərin mübarizəsi nətiçəsində formalaşacaq düzən deməkdir.
Bu anlayış altında heç bir güc yeni ərazilər tutmaq, təbii sərvətlər əldə etmək üçün mübarizə aparmır. Bu anlayış altında insan cəmiyyətlərinin insana layiq olan sivil cəmiyyətlərdə yaşamaq istəyi ilə buna qarşı olan, maddi sərvətlərin zəbt edilməsini, qanunun əsas götürülmədyi, insan hüquqlarının arxa planda da olmadığı cəmiyyətlərin düzənlərinin mübarizəsi nəzərdə tutulur.
Məsələləri bu kontekstdən çıxarıb ölkələrin ərazi iddiaları səviyyəsinə endirilməsi, məsələnin mahiyyətini yanıltmaqdan başqa bir şey deyildir. Heç bir gücün digər gücün ərazisində gözü yoxdur. Yaxın keçmişdə də belə idi, indi də belədir. Əgər Qərbin istəyi keçmiş Sovet İttifaqının ərazisini ələ keçirmək olsa idi, indi Rusiya adlı dövlət olmazdı.
Burda mübarizə ideololigiyalar arasında gedir. Dünyanın yeni düzəni ideoloji olaraq yeni düzən qurulmasına doğru gedir. Mübarizə təsir dairəsi yox, demokratik cəmiyyətlə avtokratik cəmiyyətin mübarizəsidir.
Azər Qasımov, ƏHD Partiyasının sədrinin müşaviri