Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

2025-2027-ci illər üçün parlamentlərarası əməkdaşlıq planı imzalanacaq

2025-2027-ci illər üçün parlamentlərarası əməkdaşlıq planı imzalanacaq


Rusiya Federasiya Şurası ilə Qazaxıstan Respublikası Parlamentinin Senatı arasında 2025-2027-ci illər üçün parlamentlərarası əməkdaşlıq planı imzalanaacaq.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, sözügedən hadisə Rusiya Federasiyası Federasiya Şurasının nümayəndə heyəti Qazaxıstana rəsmi səfəri zamanı imzalanacaq.

Qeyd edək ki, Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun başçılıq etdiyi Federasiya Şurasının nümayəndə heyəti Qazaxıstan Respublikasına rəsmi səfər edəcək.
Astanada Valentina Matviyenko ölkə rəhbərliyi və Qazaxıstan parlamentarisi ilə görüşlər keçirəcək və ikitərəfli münasibətlərin inkişafı ilə bağlı bütün məsələləri müzakirə edəcək.

Qazaxıstan Respublikası Parlamenti Senatının sədri Maulen Aşimbayevlə danışıqlar zamanı parlamentlərarası əməkdaşlığın gələcəyinə, o cümlədən Rusiya Prezidenti Vladimir Putinin Qazaxıstana dövlət səfərinin nəticələrinə xüsusi diqqət yetiriləcək.

Mehman Mehdiyev
Xəbəri paylaş