
"Abdullah Öcalanın məktubu oxundu, yaratdığı və həbs oldunduğu günə qədər rəhbəri olduğu terrorçu PKK təşkilatının özünü buraxması vacibliyini bildirdi. Bundan sonra PKK-nın Suriya və İraqdakı qolları necə hərəkət edəcəklərinə qərar verməlidirlər".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib. O deyib ki, onlar ya həbsdə olan liderlərinin istəyinə uygun olaraq Türkiyəyə qarşı terrorçu mübarizədən əl çəkəcəklər, ya da bir qrupu tərksilah olunmaqdan imtina edəcək:
"Böyük ehtimalla PKK-çıların bir hissəsi Öcalanın istəyinə müsbət cavab verəcək, onsuz da qırılırlar, digər qrup isə dağlarda gizlənməkdə davam edəcək. Belə olan halda ikincilər Türkiyə ordusunun növbəti zərbələri ilə üzləşəcəklər".
Anar Əliyev