Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

PKK bir sıra dövlətlərin əlində alətidir

PKK bir sıra dövlətlərin əlində alətidir


"PKK terrorçu təşkilat olmaqla yanaşı Türkiyəni zəif görmək istəyən bir sıra dövlətin əlində alətdir".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, PKK bəlkə də dünyada yeganə terrorçu təşkilatdır ki, bir-birinə zidd ölkələr tərəfidən açıq və gizli dəstəklənir:

"Bu sırada ABŞ, Rusiya, İran, Yunanıstan, Fransa, hətta İsrail kimi dövlətlər yer alıb. Ona görə də Abdullah Öcalanın tərəfdarlarına ünvanladığı məktubda “silahı yerə qoyun” çağırışı həmin ölkələrin də diqqət mərkəzindədir. Həmin ölkələr çalışacaqlar ki, 1984-cü ildən Türkiyəyə qarşı terrora başlayan PKK öz varlığını hansısa formada davam etdirsin. PKK-çılardan silahı yerə qoymayanlar xarici mərkəzlərin tapşırığını yerinə yetirəcəklər. Türkiyə Öcalanın məktubundan da yararlanaraq var gücü ilə PKK alətini həmin dövlətlərin əlindən almağa çalışacaq".

Anar Əliyev
Xəbəri paylaş