Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müdafiə Nazirliyinin tabeliyində olan təşkilatlarda 2018-ci ilin yekunlarına dair toplantılar keçirilib

Müdafiə Nazirliyinin tabeliyində olan təşkilatlarda 2018-ci ilin yekunlarına dair toplantılar keçirilib


Newscenter.az.28.12.2018. Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən qoşun növləri və qisimlərində, nazirliyin baş idarə, idarə və xidmətlərində, birlik və birləşmələrdə, xüsusi təyinatlı hərbi təhsil müəssisələrində 2018-ci ilin yekunlarına dair toplantılar keçirilib.

Newscenter.az.nazirliyə istinadən xəbər verir ki, tədbirlərdə məruzə edənlər il ərzində görülən işlərdən, qazanılan uğurlardan və 2019-cu ildə qarşıda duran vəzifələrdən danışıblar. Sonda müdafiə nazirinin müvafiq əmrləri ilə 2018-ci ildə döyüş hazırlığının yekunlarına görə xidmətdə fərqlənən hərbi qulluqçulara fəxri fərmanlar, qiymətli hədiyyələr və digər mükafatlar təqdim olunub.
Xəbəri paylaş