Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Nurgün Motors” iflas olur?

“Nurgün Motors” iflas olur?


Newscenter.az.8.01.2019. 1995-ci ildən çap edilən və geniş oxucu kütləsinə malik olan “Ekspress” qəzeti fəaliyyətini dayandırıb. Sözügedən mətbu orqanın nəşrinin dayandırılması ölkədə cərəyan edən bəzi proseslər və antiAzərbaycan şəbəkənin Mehman Hüzeynov olayı ilə bağlı Azərbaycana təzyiqləri fonunda baş verdiyindən dövləti və dövlətçiliyi hədəf seçən həmin dairələrin əlinə əlavə şans vermiş olub. Belə ki, antiAzərbaycan şəbəkə Mehman Hüseynov olayı ilə paralel şəkildə “Ekspress” qəzetinin nəşrinin dayandırılmasını Azərbaycanda söz və mətbuat azadlığının boğulması, mediaya normal şəraitin yaradılmaması kimi qəlımə verməyə başlayıblar.

Bəs reallıq nədən ibarətdir?

Əslində isə sözügedən mətbu orqanın nəşrinin dayandırılmasının söz və mətbuat azadlığı ilə heç bir bağlılığı yoxdur və hər bir KİV kimi “Ekspress” qəzeti də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaranandan onun imkanlarından yararlana bilib, qəzetin təqdim etdiyi layihələr KİVDF tərəfindən maliyyələşdirilib. Bir sözlə dövlətin media, KİV-lərə olan diqqət və qayğısı, azad sözün inkişafı istiqamətində atdığı addımlardan bu qəzet də yararlanıb.
“Nurgün Motors” iflas olur?


Belə olan halda “Ekspress” qəzeti niyə fəaliyyətini dayandırdı?

Sözügedən mətbu orqanın fəaliyyətinin dayandırılmasının arxasında tamam başqa məqamlar var. Məlumat üçün qeyd edək ki, “Ekspress” qəzeti vaxtı ilə “Nurgün Motors” şirkətinin prezidenti, mərhum Müşfiq Səfiyev tərəfindən təsis edilib. Etiraf edək ki, elə qəzetin inkişaf dövrü, geniş oxucu kütləsi qazanması da məhz Müşfiq Səfiyevin vaxtına təsadüf edib. Mərhum Səfiyev hər zaman media, KİV-lərə açıq olduğundan təsisçisi olduğu mətbu orqanda da bu prinsiplərə üstünlük verib, fəaliyyəti dövründə “Ekspress” qəzetinin ölkənin aparıcı media qurumlarından biri olması üçün əlindən gələni əsirgəməyib. Kifayət qədər tanınmış bir iş adamı olan Səfiyev biznes həyatında da səmərəli fəaliyyəti ilə seçilib. Lakin Müşfiq Səfiyev dünyasını dəyişdikdən sonra istər onun rəhbəri olduğu “Nurgün Motors”da, istər ona bağlı olan digər şirkətlərdə, istərsə də “Eksperess” qəzetində ciddi problemlər yaranıb. Bunun başlıca səbəbi isə mərhumun postuna, onun şirkətlərinə bacarıqsız, iş dünyasından, biznes həyatından xəbərsiz şəxslərin rəhbərlik etməsi olub. Məlumat üçün qeyd edək ki,

“Nurgün”ün gününün batmasının əsas səbəbləri

Müşfiq Səfiyev dünyasını dəyişdikdən sonra “Nurgün Motors”un rəhbərliyinə, eləcə də bu qrupa daxil olan şəbəkələrə Nuru Əliyev rəhbərlik etməyə başlayır. Mərhum Səfiyevin yaxın qohumu olan Nuru Əliyev ətrafına bacarıqsız, səriştəsiz adamları topladığından tədricən onun nəzarətində olan şirkətlərdə problemlər yaranır. İdarəçiliyin düzgün qurulmaması, mövcud imkanlardan səmərəli istifadə etməmək, xüsusilə də dövlət başçısının dəfələrlə irad tutduğu kimi harınlaşmaq, vəzifə səlahiyyətlərindən sui-istifadə halları tədricən “Nurgün Motors” və ona bağlı olan şirkətlərdən şikayətləri artırır. Vəziyyət o həddə çatır ki, hətta adi bir şirkət rəhbərinin övladı ictimai asayiş keşişkiçilərinə müqavimət göstərir, polisin əmrinə tabe olmur. Məlumat üçün qeyd edək ki, belə bir hadisə bir müddət əvvəl Nuru Əliyevin övladının iştirakı ilə baş verib. Belə ki, Bakının Nəsimi rayonu ərazisində Yol Patrul Xidmətinin (YPX) əməkdaşları ilə avtomobil sahibi arasında insident baş verib. Rəşid Behbudov küçəsində “90-AN-949” dövlət qeydiyyat nişanlı "İnfiniti" markalı avtomobilin sərnişini Əliyev Nurxan Nuru oğlu yol ilə paralel hərəkət edən YPX avtomobilinin əməkdaşlarını söyərək təhqir edib. YPX əməkdaşları sürücünün sərxoş olması ehtimalı ilə avtomobilə “saxla!” əmri verib. Əmrə tabe olmayan sürücü ikinci “saxla!” əmrindən sonra avtomobili dayandırıb. Bu zaman avtomobildə olan N.Əliyev maşından enərək kiçik çavuş Sənan Ədilzadənin üz nahiyəsinə yumruq zərbəsi endirib. Ardınca sürücü və sərnişin xidməti maşını idarə edən digər polisi təhqir etməyə başlayıb. Əraziyə Polis Post Patrul Xidmətinin əməkdaşları cəlb edilib.
“Nurgün Motors” iflas olur?

Araşdırma zamanı məlum olub ki, avtomobil “Nurgün Motors” şirkətlər qrupuna məxsusdur. Sürücü və sərnişinin isə qanunvericilikdə nəzərdə tutulan qaydada avtomobili idarə etmək hüququ yoxdur. Onlar asayiş keşikçilərinə göstərdikləri müqavimətə görə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis bölməsinə aparılıb. Bundan sonra sərnişin N.Əliyev Respublika Narkoloji Mərkəzinin alkoqol sərxoşluğunu təyinetmə məntəqəsinə dəvət edilib. Məntəqədə həkim yoxlanışı zamanı onun sərxoş olduğu müəyyən edilib. Avtomobil cərimə meydançasına yerləşdirilib. N.Əliyev inzibati qaydada məsuliyyətə cəlb olunub.

Nuru Əliyev və onun rəhərlik etdiyi “Nurgün Motors”u bitirən əsas səbəblər heç də bu deyil. Belə ki, Nuru Əliyevlə «Bakı» futbol klubunun prezidenti olmuş Hafiz Məmmədov arasında olan qohumluq əlaqəsi də birincinin ziyanına işləyən amillərdəndir. Bir müddət əvvəl bu iki şəxs qohum olublar. Nuru Əliyevin qızı Hafiz Məmmədovun oğlu Kənan Məmmədovun həyat yoldaşıdır. Sonuncu isə «Topaz»ın sahibdir.
“Nurgün Motors” iflas olur?

Nəzərə alaq ki, Hafiz Məmmədov heç də Azərbaycan cəmiyyətində müsbət imici ilə ad qazanmayıb və ona qarşı münasibət heç də yaxşı deyil. Bundan başqa Hafiz Məmmədovun AFFA prezidenti olmaq istəyinə Nuru Əliyev də dəstək verib. Nuru Əliyevin belə bir oyunlara qoşulması da onunla bağlı müəyyən dairələrdə mənfi rəyin formalaşmasına yol açıb. Ən əsası Nuru Əliyevlə Hafiz Məmmədovun qohumluğu futbolda çirkli üsullara gətirib çıxarıb. Bütün qeyd edilənlər, eləcə də “Nurgün”ə aid olan şirkətlərdə idarəetmənin düzgün qurulmaması, əldə ediılən gəlilrlərin müəyyən qrup arasında mənimsənilməsi bu şəbəkədə ciddi maliyyə böhranı yaşadıb. Elə “Ekspress” qəzetinin çapının dayandırılmasına səbəb olan əsas amillərdən biri də budur.
Göründüyü kimi, Azərbaycan dövləti, xüsusilə dövlət başçısı cənab İlham Əliyev mediyaya ciddi diqqət və qayğı göstərib onun inkişafına çalışdığı, bu sahəyə hərtərəfli dəstək göstərdiyi halda Nuru Əliyev bunun əksinə gedir və azad mətbuatın fəaliyyətinə mane olur.
“Nurgün Motors” iflas olur?

Qeyd edək ki, “Nurgün” şirkətlər qrupuna çoxsaylı şirkətlər və distribütorluqlar daxildir. Bunlar aşağıdakılardır:

“Nurgün Motors”
– Nissan Azərbaycan
– Infiniti Azərbaycan
– Ford Azərbaycan
– Renault Azərbaycan
– Maşın bazarı
– Çoxsaylı avtomobil salonları və servis mərkəzləri

2. Rəvan Sığorta

– 1998-ci ildən fəaliyyət göstərir. Əvvəlki adları: “Double İnsurance Company” və “Star Alyans Sığorta”. 2007-ci ildə bütün səhmləri “Nurgün” şirkəti tərəfindən alınıb və təsisçilər dəyişdirilib. 2009-cu ildən “Rəvan Sığorta” adlanır. Son illərdə davamlı olaraq adları bir sıra sığorta qalmaqallarında hallanır.

3. NBC Bank ASC

17 dekabr 1992-ci ildə yaradılıb. Əvvəlki adı “Ruzu” Bank. 2002-ci ildən adını dəyişərək “NBCBank” olub. Son devalvasiyadan sonra lisenziyası ləğv edilsə də, qısa müddət sonra ciddi bir açıqlama olmadan yenidən fəaliyyətinə icazə verildi. Yazımızın qəhrəmanı, sirli Nuru Əliyev 2016-cı ildə “NBC Bank”ın kapitalındakı payını 57,51%-dən 65,91%-dək artırıb. 2016-cı ildə bankın digər səhmdarlarının (yaxın qohumları) payında isə azalma qeydə alınıb.

4. Nurgün İnşaat

– 1994-cü ildən fəaliyyət göstərən “Nurgun İnşaat” şirkəti respublikada yaradılan ilk özəl inşaat şirkətlərindən biridir. Bu illər ərzində bir sıra irimiqyaslı tikinti lahiyələrini reallaşdirmışdır. Buraya İdman komplekslərini, yüksəkmərtəbəli binaları, avtomobil salonlarını və s. aid etmək olar.

5. “Bello” Yuyucu Vasitələr Fabriki

– “Bello” markası adı altında məişət kimyası məhsullarının bütün çeşidləri istehsal olunur: “Bello” anti-bakterial əl sabunu, əl-üz yumaq üçün maye sabun, qabyuyan vasitə, şüşə və parıltılı səthlər üçün təmizləyici vasitə, paltar ağardıcı duru maye, çanaq və vannalar üçün dezinfeksiyaedici qatı gel, mətbəx və vanna otağında istifadə olunan gigiyenik təmizləyici toz, mətbəx ləvazimatlarının, kafel-metlax döşəmələrin, çanaqların, plastik şüşə və səthlərin, xalçaların təmizlənməsində istifadə olunan maye vasitə (universal təmizləyici) həmçinin yuyucu tozlar təklif edir.

6. Salyan süd zavodu

– Salyan süd zavodunda istehsal olunan məhsullar mağazalarda “Bəyaz süd” adı altında satılır. Saytı fəaliyyət göstərmədiyinə görə, heç bir əlavə bilgi əldə edə bilmədik.

7. Nurgün Trading

– Şirkətin 3000-dən artıq mağazanı əhatə edən distribütor şəbəkəsi mövcuddur. Mərkəzi anbarı Bakıda yerləşməklə, 6 regional anbarı fəaliyyət göstərir.

8. Kaspian Transport

– 2008-ci ilin yekunlarına və avtoparkın həcminə görə Azərbaycan Respublikasında demək olar ki, ən böyük avtomobil daşıyıcısıdır.

9. “Kontinental” mağazalar şəbəkəsi

10. “Ailə” supermarketlər şəbəkəsi


11. NICOS kosmetika məhsulları, Active qabyuyan mayeləri, BIOSENSE şampunları, Rocchetta, Vittel və Erikli sularının, Havoline və Ardeca yağlarının idxalçısı və s.

Kifayət qədər geniş şəbəkəyə və son günlərə qədər hətta mətbu orqana sahib olan bu şirkətin fəaliyyəti bir növ Türkiyənin baş bəlasına çevrilən nurçuların fəaliyyətini xatırladır. Qeyd edək ki, FETÖ şəbəkəsi də mediadan tutmuş idmana, iqtisadiyyatdan tutmuş siyasətə qədər, bütün sahələrə sirayət etmişdi. Elə şirkətin adında olan “NUR” sözü də bu barədəı dərindən düşünməyə əsas verir.
NEWSCENTER.AZ
Xəbəri paylaş