Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın bələdiyyə sədrləri Bosniya və Herseqovinada səfərdə olublar

Azərbaycanın bələdiyyə sədrləri Bosniya və Herseqovinada səfərdə olublar


Newscenter.az.11.01.2019. Türk Dünyası Bələdiyyələr Birliyi (TDBB) tərəfindən, üzv ölkələr arasında əməkdaşlığı inkişaf etdirmək məqsədiylə başladılan proqram çərçivəsində təşkil edilən, "TDBB Azərbaycan nümayəndə heyətinin Bosniya və Herseqovina Ziyarət Proqramı" reallaşıb.

Newscenter.az xəbər verir ki, proqrama, TDBB baş katibi Fəxri Solaxay, TDBB İdarə heyəti üzvü və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, Nərimanov Bələdiyyəsinin sədri Temraz Tağıyev, Yasamal Bələdiyyəsinin sədri Zakir Cəfərov, Binəqədi Bələdiyyəsinin sədri Salman Umudov, Nizami Bələdiyyəsinin sədri Vüqar Quliyev, 'Konstruktor' LTD-nin müdiri Etibar Həsənov qatılıblar.

Bosniya və Herseqovina ziyarətinin ilk günündə nümayəndə heyəti Novi Grad Bələdiyyəsi Buz Pateni təsisi açılış mərasimində iştirak edib, sonra Saraybosnanın tarixi yerlərini ziyarət edib.
Xəbəri paylaş