Impera

XƏBƏR LENTİ
12:16Bir olayın faş etdiyi şəbəkə - Aktyor prezidentə və hüquq-mühafizə orqanlarına müraciət etdi/VİDEO22:00Fizuli Məmmədov: "Azərbaycan dövləti şəraitdən asılı olmayaraq hər bir hərbiçisinin arxasındadır"09:52Rusiya Azərbaycanlıları İttifaqı Rusiya XİN və Mədəniyyət Nazirliyinə müraciət etdi10:01Diaspor təşkilatları prezidentə müraciət etdi19:28Düşmənin “ox”u kimə yönəlib?18:22Bu ilin 6 ayı ərzində 9801976 heyvanda qarayara xəstəliyinə qarşı peyvəndləmə işləri aparılıb18:13Xaçmazda kənd təsərrüfatında uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı tədbir keçirilib18:05Gəncədə içməli su və kanalizasiya şəbəkələrinin tikintisi davam etdirilir17:50Zakir Həsənov Rusiyaya gedib17:38Nazirlikdən XƏBƏRDARLIQ-Güclü külək əsəcək, yağış yağacaq17:20Fazil Müstafadan fərqli olaraq millətimiz öz tarixinin sahibidir17:09Bu ərazidə rənglənmə işləri aparılacaq16:54Gilbet sindromu nədir?16:39Qurban bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində əlavə qatar təyin ediləcək16:31Vətənimiz həm iqtisadi, həm siyasi mənada sabitlik adasıdır16:23BDU-nun məzunları Türkiyə universitetlərinə qəbul olunublar16:09Türkiyədə sərnişin avtobusu yanıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb15:48"Mən Mübariz Qurbanoğlu, onların da gəmilərini əllərindən alacağam"15:25BDU-nun “Gənc istedadlar” liseyinin altı məzunu qızıl, bir məzunu isə gümüş medala layiq görülüb15:00Məmməd Əmin Rəsulzadə adlı gəmi ilk səfərinə başlayır14:41“Azəriqaz” rəhbərliyi vətəndaşları qəbul edib14:18Fizuli Məmmədov Azərbaycan diasporunu zirzəmilərdən beşulduzlu otellərə necə çıxardı?14:00Leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək13:44Paytaxtda zəncirvari qəza13:25Xızıda vətəndaşların qəbulu keçirilib13:00Bəzi turizm şirkətlərinin keyfiyyətsiz və məsulliyətsiz fəaliyyətləri ilə bağlı şikayətlərin sayı artır12:50Gəncədə antisanitar şəraitdə fəaliyyət göstərən alkoqolsuz içki sexi aşkarlanıb12:16Bakıda lombarda basqın olub12:00Partiya sədri: "Heydər Əliyev haqqında fikir yürütmək Çöhrəqanlının başı üçün deyil"11:40Şirkət tərəfindən istehsal olunan bal məhsullarının ticarət şəbəkəsində satışı ilə bağlı çətinlik KOBİA-nın dəstəyiilə həll edilib10:45Müdafiə nazirinin müavini bölmələrin qış mövsümünə hazırlığını yoxlayıb10:40İyul ayında BŞTİ-yə 6 119 müraciət daxil olub10:00Cəbhəboyu zonada yerləşən hərbi hissələrdə təlim-metodiki məşğələlər keçirilib09:54Cari ilin yanvar-iyun ayları ərzində ARDNF-nin büdcə gəlirləri 10 698,3 milyon manat təşkil edib09:40Paytaxtın 2 rayonunun qaz təchizatı dayandırılacaq09:35Bu rayonlara qaz verilməyəcək09:24Cəbhədə atəşkəsin pozulması halları intensiv xarakter alır09:00BDU elan etdiyi müsabiqələrin vaxtını sentyabrın sonunadək uzatdı08:30Azərbaycanda xüsusi rabitə xidmətinin yaradılmasından 80 il ötür15:36Paytaxtın 22 yeni yaşayış massivi qazlaşdırılacaq15:21AKİA dövlət dəstəyi mexanizmini həyata keçirmək üçün Avropa İttifaqı ölkələrinin təcrübəsindən faydalanacaq14:43Tikinti şirkəti qaz xəttini zədələdi, 8 kənd qazsız qaldı14:13Aqrar Xidmlər Agentliyi yaylaqlarda səyyar baytar xidməti göstərir12:46Sabah hava necə olacaq?12:26AQTA-ya qida zəhərlənməsi ilə bağlı 41 müraciət daxil olub12:08Yardımlıda inkubator məntəqəsi və yem emalı müəssisəsi istifadəyə verilib11:45“Kaspersky Lab”biznesüçün “Kaspersky Security” xəttinifizikivə virtual mühitüçün universal həllilətamamladı11:32Gömrük orqanına düzgün bəyan olunmayan külli miqdarda mallar aşkar edilib-VİDEO11:04Respublikanın 2 rayonunda qaz təchizatı dayandırılır10:23Məzunlar qızıl və gümüş medala layiq görülüb10:14Xızının Giləzi–Xızı (28 km)–Tıxlı avtomobil yolu yenidən qurulur10:00Bu ilin 6 ayında kənd təsərrüfatında 13 faiz artım qeydə alınıb09:45Artan müraciətlər necə tənzimlənir?09:28Düşmən iriçaplı pulemyotlardan mövqelərimizi atəşə tutub09:00“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyi şöbəsininə yeni rəis təyin edildi18:02"Nazir İnam Kərimovun fermerlərlə rahat kreslolarda, sərin otaqlarda deyil, əkin sahəsində görüşməsi....."17:52ASK-nın təmsil olunduğu Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının strukturu təsdiqləndi17:12Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirə keçirilib17:00Dövlət satınalmalarında iştirakla bağlı onlayn maarifləndirmə tədbiri keçiriləcək16:55Prezident bu şəxslərə fəxri adlar verdi-SİYAHI16:25Şimal zonasının vətəndaşlarının qəbulu keçirilib16:17Antisanitar şəraitdə fəaliyyət göstərən kafenin fəaliyyəti məhdudlaşdırılıb16:05Prezident STM əməkdaşlarını “”Cumhuriyyət medalı” ilə təltif etdi15:50AQTA əməkdaşları əkin sahələrində monitorinqlər həyata keçirib15:33Qırğızıstan prezidenti Azərbaycana gələcək15:13“Azəriqaz” işçilərin maaş ala bilmədikləri xəbərini təkzib etdi14:50Qaz təchizatı bərpa olundu14:01Türkiyədə fırıldaqçıların qurbanına çevrilmiş həmyerlilərimiz13:28Azərbaycanda bu günədək 3161692 ton taxıl yığılıb12:55Azərbaycanın hərbi aşpazları “Səhra mətbəxi” müsabiqəsinə hazırlıq keçirlər12:35100-ə yaxın məntəqədə yeni dayanacaq pavilyonu quraşdırılıb11:32Paytaxtın bir neçə rayonuna qaz təchizatı dayandırılacaq11:00Azərbaycanda azad medianı inkişaf etdirmək prioritet istiqamətdir10:50“Yay məktəbi”nin birinci mərhələsinə yekun vurulub10:27Rusiyada 4 azərbaycanlı diri-diri yandı10:00Bir neçə rayonda qaz təchizatı dayandırılıb09:30Düşmən snayperlərdən istifadəni intensivləşdirir09:13Bakı Gənclər Mərkəzində Xalqlar DOSTluğu tədbiri keçirilib09:00Qazaxıstan və İran nümayəndə heyətləri ilə görüşlər keçirilib08:19Cəbhə bölgəsində yaşayan uşaq və gənclər üçün yay istirahət düşərgəsi təşkil edilir14:26Özünü demokrat kimi göstərib, bolşevik təfəkkürü ilə düşünən müxalifətçilər yeni dövrə uyğunlaşmaq istəmirlər14:00"3 il ərzində icra başçısı Mehdi Səlimzadəyə iki milyon manat pul vermişəm"13:42Temperatur 40 dərəcəni keçəcək13:17“Türk Hava Yolları” 47 istiqamətdə endirim kampaniyasına start verir13:00Azərbaycan hərbiçiləri Belarusa gedib12:44Yekaterina Xlebnikova: “Bakıda poeziya axşamı keçirmək istəyirəm və inanıram ki, oxuculara ən yaxın və xoş duyğular bəxş edəcək qədər şanslı olacağam”12:24İlham Əliyev və Mehriban Əliyevadan paytaxtdakı qəzalı binalarla bağlı tapşırıq12:15Dünyada insan alveri qurbanlarının 72 faizini qadın və qızlar təşkil edir11:51Bu rayon və qəsəbələrə təbii qazın verilməsi dayandırılıb11:33Polis Bakıda əməliyyat keçirdi, silah və narkotik aşkarlandı11:01Əli Həsənov radikal müxalifətə niyə hücüm edir?10:51"Sədərək Yusif' indi də Kür çayını hasarlayır-FOTOLAR10:32Bayram günlərində 44 stasionar və 30 çadırtipli heyvan kəsimi məntəqəsi lazımi avadanlıqlar ilə təmin edilərək, vətəndaşların ixtiyarına veriləcək-VIDEO10:18Məktəblilər Beynəlxalq Kimya Olimpiadasından medalla qayıdıb10:00Göyçayda 7.5 km-lik yol IV texniki dərəcəyə uyğun təkmilləşdirilir09:31Mövqelərimiz müxtəlif istiqamətlərdən atəşə tutulub18:20“Yaylaq Könüllü Düşərgəsi” layihəsinin açılış mərasimi baş tutub17:46Prezident yol tikintisinə 7,8 milyon manat ayırıb17:33Azərbaycanda ilk hibrid qarğıdalı toxumu istehsalına başlanılıb17:14“Diplomatiya Akademiyası” layihəsinin iştirakçıları ilə sonuncu görüş keçirilib
BÜTÜN XƏBƏRLƏR
Ağustos 2019 (56)
Temmuz 2019 (579)
Haziran 2019 (568)
Mayıs 2019 (846)
Nisan 2019 (647)
Mart 2019 (323)

«    Ocak 2019    »
PtSaÇaPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Regional konfrans çərçivəsində sahibkarlarla müzakirələr aparılıb

30 Yanvar 2019, 09:00   
Regional konfrans çərçivəsində sahibkarlarla müzakirələr aparılıb


Newscenter.az.30.01.2019. Yanvarın 29-da Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş Konfrans çərçivəsində İqtisadiyyat, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi, Kənd Təsərrüfatı nazirlərinin, Dövlət Gömrük Komitəsinin və Qida Təhlükəsizliyi Agentliyinin sədrlərinin iştirakı ilə sahibkarlarla görüş keçirilib.

Newscenter.az xəbər verir ki, tədbirdə çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev vurğulayıb ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş Konfransda dövlət başçısı 3-cü Dövlət Proqramının icrası çərçivəsində görülmüş işləri yüksək qiymətləndirib, qarşıdakı illərdə iqtisadiyyatın, o cümlədən sahibkarlığın inkişafı istiqamətində mühüm vəzifələr müəyyənləşdirib.

İqtisadiyyat naziri qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkəmizdəki ictimai-siyasi sabitlik, həyata keçirilən davamlı islahatlar nəticəsində yaradılan güclü iqtisadi potensial dünyada gedən çətin geosiyasi proseslər fonunda Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafını təmin edib, regionların sosial-iqtisadi inkişafında mühüm rol oynayıb. Son dövrlərdə ölkəmizdə müasir iqtisadi şəraitin tələblərinə uyğun olaraq çoxşaxəli və ardıcıl islahatlar həyata keçirilir, qeyri-neft ixracının artırılması üzrə kompleks stimullaşdırıcı tədbirlər görülür, biznes-investisiya mühiti davamlı olaraq yaxşılaşdırılır, qeyri-neft sektorunun inkişafı təmin edilir, sahibkarlığa dövlət dəstəyi daha da gücləndirilir.

Həyata keçirilən genişmiqyaslı islahatlar mötəbər beynəlxalq maliyyə qurumlarının hesabatlarında, o cümlədən Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycanın ümumi reytinqdə yeni rekorda imza atmasına, eləcə də əksər indikatorlar üzrə mövqeyinin daha yüksək səviyyəyə qalxmasına imkan verib. Belə ki, Dünya Bankının dərc etdiyi “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək ən çox islahat aparan ölkə elan olunub. Yeni hesabatda Azərbaycanın mövqeyi əvvəlki illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın bir çox ölkələrini geridə qoymaqla MDB ölkələri arasında lider mövqeyə yüksəlib.

İqtisadiyyat naziri Şahin Mustafayev diqqətə çatdırıb ki, icrası başa çatan Dövlət Proqramı çərçivəsində 2014-2018-ci illərdə regionların inkişafına ümumilikdə 24,2 milyard manat vəsait yönəldilib. Dövlət başçısının şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı imzaladığı 400-dən çox sərəncamla 2,8 milyard manat vəsaitin ayrılması regionların sosial-iqtisadi inkişafında həlledici rol oynayıb.

Qeyd edilib ki, kənd təsərrüfatının subsidiyalaşdırılması və vergilərdən azad olunması, texnika və gübrələrin güzəştli şərtlərlə verilməsi, lizinq xidmətlərinin təşkili, investisiyaların və ixracın təşviqi, lisenziyalaşdırmanın təkmilləşdirilməsi, yoxlamaların dayandırılması müddətinin 2021-ci il yanvarın 1-dək uzadılması, yerli istehsalın stimullaşdırılması məqsədi ilə dövlət satınalmalarında yerli məhsulların dəyərinə 20% güzəştin tətbiqi, ixrac təşviqinin verilməsi və digər dövlət dəstəyi mexanizmləri ölkədə sahibkarlığın inkişafında mühüm rol oynayır.

Pambıqçılıq, tütünçülük, baramaçılıq, sitrus meyvəçiliyi, çayçılıq, çəltikçilik, şərabçılıq və xalçaçılıq sahələrinin inkişafı ilə bağlı qəbul edilən dövlət proqramları və bu sahədə görülən işlər aqrar sektorun və sənayenin inkişafında, ixrac potensialının artmasında və regionlarda məşğulluq səviyyəsinin yüksəlməsində xüsusi əhəmiyyət kəsb edir.

Vurğulanıb ki, ölkədə sahibkarlığın dəstəklənməsi, özəl investisiyaların təşviqi, vergi güzəştlərinin optimallaşdırılması və iqtisadi səmərəsinin yüksəldilməsi, startapların, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterlərinin yaradılması sahibkarlığın inkişafı üçün geniş imkanlar açır.

Bildirilib ki, qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini və siyasətini həyata keçirmək məqsədi ilə mühüm struktur islahatları həyata keçirilib.

Nazir Şahin Mustafayev qeyd edib ki, gömrük rəsmiləşdirilməsi sahəsində aparılan islahatlar ölkəmizdə sahibkarlığın inkişafına, qeyri-neft məhsullarının ixracına əlavə stimul yaradıb və biznes mühitinin daha da yaxşılaşmasında əhəmiyyətli addım olan hökumət-biznes münasibətlərində “Könüllü riayət mədəniyyəti”nin əsasını qoyub.

İqtisadiyyat naziri əhalinin məşğulluğunun təmin olunması, yаşаyış səviyyəsinin daha da yaxşılaşdırılması, vətəndaşların ünvanlı sosial yardımdan asılılığının aradan qaldırılması, məşğulluğun artırılması iqtiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb.

Sosial layihələrin reallaşdırılmasında əvəzsiz xidmətləri olan Heydər Əliyev Fondunun, şəxsən I Vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən sosial layihələr regionlarda yaşayan əhalinin rifahının yüksəlməsinə mühüm töhfə verir.

Nazir Şahin Mustafayev qeyd edib ki, regionların inkişafında Sumqayıt və Mingəçevirdə sənaye parklarının, Neftçala, Masallı, Hacıqabul və Sabirabadda sənaye məhəllələrinin yaradılması, 33 rayonun ərazisində 51 aqroparkın və iri fermer təsərrüfatlarının təşviqi bölgələrin potensialından səmərəli istifadə etməklə sahibkarlığın inkişafını sürətləndirir.

Diqqətə çatdırılıb ki, ixracın təşviqi, xüsusilə qeyri-neft ixracının dəstəklənməsi məqsədilə indiyədək 24 ixrac missiyası təşkil edilib, Azərbaycan şirkətləri 17 beynəlxalq sərgidə vahid ölkə stendi ilə iştirak edib, müqavilələr imzalanıb, 104,2 milyon dollar dəyərində məhsulların müxtəlif ölkələrə, o cümlədən bir sıra yeni bazarlara ixracı ilə əlaqədar 8 milyon manatadək ixrac təşviqinin ödənilməsinə dair qərarlar qəbul edilib.

İnvestisiyanın təşviqi mexanizmlərindən danışan İqtisadiyyat naziri diqqətə çatdırıb ki, indiyədək 292 sahibkarlıq subyektinə 332 investisiya təşviqi sənədi verilib. Bu layihələrin icrası nəticəsində yerli istehsala 2,8 milyard manatdan artıq investisiya yatırılacaq, 22 minədək yeni iş yeri yaradılacaqdır. Bu layihələrin 87%-i regionların payına düşür.

Qeyri-neft sektorunun inkişafına dövlət dəstəyi tədbirləri nəticəsində 2014-2018-ci illərdə qeyri-neft sektoru 8%, qeyri-neft sənayesi isə 32% artıb. Görülən işlər nəticəsində 2004-2018-ci illər ərzində 1,5 milyonu daimi olmaqla 2 milyondan çox iş yeri açılıb.

Dövlət Proqramının icrası dövründə Azərbaycan arıçılar, şərab, nar, meyvə-tərəvəz, fındıq, xurma, zeytun, tütün, tekstil, çay, süd və süd məhsulları, istehsalçıları və ixracatçıları, qablaşdırma sənayesi, mebel, tikinti materialları, maşın və avadanlıq istehsalçıları və qadın sahibkarlığının inkişafı assosiasiyaları fəaliyyətə başlayıb və artıq bu sahələrin inkişafına öz müsbət töhfəsini verir.

2014-2018-ci illərdə 16 mindən çox sahibkarın ümumi dəyəri 2,6 milyard manat olan layihəsinə 1 milyard manatdan çox güzəştli kredit verilib, bunun 79%-i aqrar sektorun, 21%-i isə müxtəlif sənaye və digər sahələrin inkişafına yönəldilib. Verilmiş güzətşli kreditlərin 70%-i regionların payına düşür.

2018-ci ildə geri qaytarılan vəsaitlər hesabına sahibkarlara 160,2 milyon manat güzəştli kredit verilib. Bu ildə də tamamilə geri qaytarılan vəsaitlər hesabına minimum 160 milyon manat kredit verilməsi nəzərdə tutulur.

Dövlət başçısının müvafiq Fərmanı ilə yaradılmış İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyəti, iri rayon və şəhərlərdə yaradılacaq “Kiçik və Orta Biznes evləri” kiçik və orta sahibkarlığın rolunu və rəqabət qabiliyyətini daha da artıracaq, sahibkarların dövlət xidmətlərinə vahid məkan prinsipi əsasında çıxışını təmin edəcəkdir.

Hazırda “KOB Dostu” şəbəkəsinin də genişləndirilməsi işləri aparılır. Artıq Masallı, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Gəncə və Yevlaxda “KOB Dostu” fəaliyyət göstərir.

Şahin Mustafayev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş Konfrans çərçivəsində sahibkarlarla keçirilmiş görüşdə qaldırılan məsələlərin həlli istiqamətində ötən müddətdə görülmüş işlər barədə məlumat verib.

Görüşdə sahibkarların iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən sənaye, kənd təsərrüfatı, vergi, gömrük, ixrac, əmək münasibətləri və s. sahələr üzrə iş adamlarının təklifləri dinlənilib, müzakirələr aparılıb, sualları cavablandırılıb.

Tədbirin sonunda İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsi arasında “Ticarətin Asanlaşdırılması”na dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənəddə ticarətin asanlaşdırılması istiqamətində birgə tədbirlərin görülməsi, xarici ticarət iştirakçılarına daha əlverişli biznes mühitinin yaradılması, idxal-ixrac əməliyyatlarının optimallaşdırılması və digər sahələr üzrə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
OXŞAR MÖVZULAR