Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kiçik addımlar, böyük nəticələr: “Greenify” uşaqlara kağızın ikinci həyatını nümayiş etdirir

Kiçik addımlar, böyük nəticələr: “Greenify” uşaqlara kağızın ikinci həyatını nümayiş etdirir


Newscenter.az.22.02.2019. Gənclərdən ibarət Greenify Azerbaijan komandası uşaqlar üçün kağızın təkrar emalı müəssisəsinə ekskursiya təşkil edib.

Newscenter.az-a daxil olan məlumata görə. Aran Humanitar Regional İnkişafİctimai Birliyinintəşkilati dəstəyi iləGreenify Azerbaijan komandası - Paşa Babayev, Cəmilə Zeynalzadə və Məhəmməd Kekalov Bakı şəhəri 3 nömrəli uşaq-gənclər inkişaf mərkəzinin uşaqlarınıAzərbaycan Kağız və Karton İstehsalı Kombinatına (AKKİK) aparıblar. Ekskursiya zamanı uşaqlar təkrar emalın müxtəlif faydaları haqqında geniş məlumat almış, kağızın təkrar emalı və yeni məhsulun ərsəyə gəlmə prosesi ilə yaxından tanış olublar.

Tədbirdə iştirak edən YARAT-ın təhsil proqramları üzrə rəhbəri Səyyarə Hüseyinlininsözlərinə görə, ekskursiya ətraf mühitin qorunması, tullantıların azaldılması və ölkəmizdə təkrar emal qutularının aktiv istifadəsinin təbliğini hədəf tutmuşdur.

“Təkrar emal, təkrar istifadə və tullantıların azaldılması mədəniyyətini uşaqlara kiçik yaşlardan aşılamaq gələcəkdə onlarda ətraf mühitə qarşı qayğı hissini oyatmağın ən doğru yoludur”, – deyə Greenify Azerbaijankomandasının təşəbbüskarıPaşa Babayev vurğulayır.

Komandanın digər üzvü Məhəmməd Kekalov bildirir: “Bizim üçün vacib olan uşaqların açıq fikirli, ətraf mühitə duyarlı böyüməsidir. Buna görə də belə tədbirlərin təşkilini vacib hesab edirəm”.

Greenify Azerbaijan komandası sosial şəbəkələrdə mütəmadi olaraq müxtəlif informativ və maarifləndirici paylaşımlar edir. Onlar izləyiciləri plastikdən imtina etməyə və əvəzində təkrar istifadəyə yararlı əşyalardan faydalanmağa çağırırlar.
Xəbəri paylaş