Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

DGK Azərbaycan-Gürcüstan sərhəddində baş verən gecikmələrə aydınlıq gətirdi

DGK Azərbaycan-Gürcüstan sərhəddində baş verən gecikmələrə aydınlıq gətirdi


Newscenter.az.3.05.2019. Mayın 2-də saat 19:35-dən etibarən Qərb Ərazi Baş Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən "Qırmızı Körpü" gömrük postunda şəxslərin və nəqliyyat vasitələrinin keçidində müvəqqəti məhdudiyyət yaranmışdı. Newscenter.az-a DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən daxil olan məlumata görə, məhdudiyyətin yaranmasına Gürcüstanın sərhədkeçmə proseslərini tənzimləyən müvafiq idarəetmə sistemində baş verən nasazlıq səbəb olmuşdu.


Mayın 2-si saat 23:30-da baş verən nasazlıq aradan qaldırılmış, şəxslərin və nəqliyyat vasitələrinin keçidi tam bərpa olunmuşdur. Hal-hazırda "Qırmızı Körpü" gömrük postu normal iş rejimində fəaliyyət göstərir.
Xəbəri paylaş