Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nazirdən məzunlara təbrik mesajı

Nazirdən məzunlara təbrik mesajı


Newscenter.az.14.06.2019. Təhsil naziri Ceyhun Bayramov məzunları təbrik edib.

Newscenter.az-a nazirlikdən daxil olan təbrik mesajında şagirdlərin müəllim və valideynlərini bu unudulmaz gün münasibətilə ölkəmizin bütün təhsil işçiləri və şəxsən öz adından təbrik edən nazir, ən xoş arzularımı bildirib:

“Siz yeni arzularla gələcəyə hədəflənirsiz. Yeni həyat yolu Sizə məqsəd və imkanlarınızı birləşdirmək amalı bəxş edir. Bu amalla da ilk növbədə Vətənə, xalqa, insanlara xidmət vəzifəsi ilə müxtəlif həyat yollarını seçirsiniz. Əminəm ki, əldə etdiyiniz bilik və bacarıqlar, seçdiyiniz vətəndaş mövqeyi və dəyərlər sizə həyat yolunda töhfə verəcək. Sizin hər biriniz bizim üçün dəyərli və əvəzolunmazsınız. Yeni həyat mərhələsində sizə uğurlar arzulayıram”.
R.Mehdiyeva
Xəbəri paylaş