Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daxili işlər nazirinin birinci müavini vəzifəsinə təyinat olub



Newscenter.az.5.07.2019. Daxili İşlər nazirinin birinci müavini vəzifəsinə təyinat olub.

"Report"un əldə etdiyi məlumata görə, Prezident İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə polis general-mayoru Seyfulla Əzimov təyin edilib.

S.Əzimov bu təyinatadək Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi vəzifəsində çalışıb.

2019-cu il 20 iyun tarixinədək Daxili İşlər nazirinin birinci müavini postunu Vilayət Eyvazov tutub.

DİN-in Mətbuat xidmətindən "Report"a faktı təsdiqləyiblər.
Xəbəri paylaş