Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hindistanın Azərbaycandakı səfiri Bakı Gənclər Mərkəzində olub



Newscenter.az.5.07.2019. Bakı Gənclər Mərkəzi Hindistanın Azərbaycandakı səfirliyi ilə əməkdaşlığa başlayıb.

Newscenter.az-a daxil olan məlumata görə, bu münasibətlə səfir Vanlalvavna Bavintlunq və səfirliyin əməkdaşları Bakı Gənclər Mərkəzində olub.

Əməkdaşlıq çərçivəsində səfirlik tərəfindən Bakı Gənclər Mərkəzinin elektron kitabxanasına Hindistanın tarixi və mədəniyyətindən, eləcə də görkəmli şəxsiyyətlərinin həyatından bəhs edən kitablar hədiyyə olunub. Daha sonra əməkdaşlığın əhatəsini müəyyənləşdirmək üçün görüş keçirilib. Çay süfrəsi ətrafında səmimi keçən söhbətin gedişində Mərkəzin imkanlarını olduqca müsbət qiymətləndirən cənab səfir burada birgə layihələrin təşkili barədə Bakı Gənclər Mərkəzinin direktoru Rəvanə Həşimova ilə müzakirə keçirib.

Sonda səfir əməkdaşlığa başlanılmasından məmnunluğunu qeyd edərək gələcəkdə qarşılıqlı işlərin daha da dərinləşdiriləcəyinə olan ümidlərini dilə gətirib.
Xəbəri paylaş