Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əli Kərimlinin "vətənpərvər"lik damarı tutub



Newscenter.az.17.07.2019. Adam öncə özünün Feysbuk hesabında yazı paylaşıb, gürcü fəalların Azərbaycan-Gürcüstan sərhəddində keşik çəkən əsgərimizin silah və döyüş sursatını əlindən alması hadisəsini heç bir məntiqi əsas olmadan birbaşa ölkə Prezidenti İlham Əliyevin adıyla bağlamağa çalışır, sonra da efirini su yoluna döndərdiyi Sevinc Osmanqızının verilişində müdrik siyasətçi görkəmi alıb Azәrbaycan-Gürcüstan sәrhәddindә baş verәnlәr vә sonrakı mümkün hadisәlәr haqqında ədalı-ədalı açıqlamalar verir. Lap sonda isə guya öz aləmində belə bir "dahiyanə" fikir də səsləndirir:"Azərbaycan-Gürcüstan sərhəddində təcili qayda yaradılmalıdır". Sanki iki ölkənin sərhəddində təcili qayda-qanunun yaradılmasının vacibliyini ilk anlayan, başa düşən şəxs də elə bu Əli Kərimli imiş. Amma Ə.Kərimli həmin cızmaqarasını paylaşarkən heç fərqində də deyildi ki, sözügedən insident baş verəndən dərhal sonra Azərbaycanın istər sərhəd mühafizə, istərsə də diplomatik strukturları operativ surətdə hərəkətə keçərək

Gürcüstan tərəfi ilə məsələni aydınlaşdırmağa başlayıb. Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində insident aradan qaldırılıb və ərazidə tam təhlükəsizlik, nəzarət təmin edilib. Gürcüstanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyimizə dəvət olunub, ondan məsələ ilə bağlı müvafiq izahat istənilib. Həmçinin, Gürcüstanın həm Daxili İşlər Nazirliyi, həm də Xarici İşlər Nazirliyi də hadisəni pisləyən açıqlama ilə çıxış edib və bu istiqamətdə ciddi araşdırmalar apararaq günahkarların məsuliyyətə cəlb ediləcəyinə söz verib. Sərhədlərin delimitasiyası ilə məşğul olan Gürcüstan-Azərbaycan birgə komissiyası da öz işini bir qədər də fəallaşdırıb. Əli Kərimli cənabları isə təbii ki, bütün bu faktları görməzdən gələrək, həmişəki kimi öz xislətinə uyğun tərzdə Amerikanı yenidən kəşf etməyə çalışıb. Çünki onun ayrı məqsədi var.

Adam baş vermiş insidentdən öz siyasi maraqları üçün yararlanmağa və hakimiyyət uğrunda mübarizədə bu cür göydəndüşmə fürsətdən istifadə etməyə çalışır. Şəkidə "Xan çinar"ın budağının qırılması nəticəsində baş vermiş təbiət hadisəsində adamların xəsarət alması faktını siyasiləşdirməyə macal tapmayan AXCP lideri, indi də Keşikçidağdakı insidentdən dördəlli yapışaraq maksimum dividend qazanmağa çalışır. Onun adeptləri, ardıcılları da sosial şəbəkələrdə maksimum "vətənşüvənlik" ovqatı yaradaraq necə deyərlər, bulanlıq suda balıq tutmağa çalışdılar. Onların arasında hətta gürcülərə ölüm "hökm"ü kəsən, ictimaiyyəti qızışdırmağa çalışan 5 manatlıq "ura-patriot"lar da vardı. Bütün bunlar əlbəttə ki, Qafqazda yeni münaqişə ocağı yaratmaq istəyən güclərin dəyirmanına su tökməkdən başqa bir şey deyildi. Əli Kərimli isə özü də bilmədən (bəlkə də bilərəkdən) o "dəyirman"a su tökənlərin başında durdu. Adamın beşcə cümləlik paylaşımından da hiss olunur ki, o, hazırda Gürcüstan və Azərbaycan üzərindən oynanılan geopolitik oyunları görmür, dərk etmir. Və bu adam bu cür fövqəladə "uzaqgörənliklə" qosqoca AXCP-yə rəhbərlik edir...

Əlisahib Hüseynov -
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri
Xəbəri paylaş