Impera

XƏBƏR LENTİ
15:12Biz onların addımını birəbir "kopya"lamalı, təkrarlamalı deyilik15:00Metronun "Gənclik" stansiyasında qatarda tüstülənmə olub14:2039 nömrəli müntəzəm marşrut xəttində yeni avtobuslar xidmət göstərəcək14:00Sabah hava necə olacaq?13:10Xaçmazda İcbari Tibbi Sığorta haqqında maarifləndirmə tədbiri keçirilib12:30Xəzər rayonunun 3 yaşayış massivində 24 km yol yenidən qurulur12:02Azərbaycanda intensiv meyvə bağlarına subsidiya veriləcək11:53BNA-dan sürücü və sərnişinlərə küləkli hava ilə bağlı xəbərdarlıq11:37Erməni tərəfi Qazax istiqamətində təxribat törədib11:22Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub10:57Azərbaycan və Rusiya gömrük orqanları arasında növbəti işçi görüş keçirilib10:30Belə bir başlıqla xəbər yaymaq hansı milli vicdana sığır?10:00Heyvandarlıqda innovativ yemləndirmənin əhəmiyyətinə həsr olunmuş konfrans keçirilib09:28Qazax və Ağdamdakı mövqelərimiz atəşə tutulub20:30Fuad Qəhrəmanlı AXCP sədrinin müavini vəzifəsindən istefa verib18:46Bakıda Ermənistan istehsalı olan qənnadı məmulatının satılması ilə bağlı məlumatlara aydınlıq gətirildi18:25Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavinləri vətəndaşlarla görüşüblər18:11Korporativ idarəetmə, daxili bazar araşdırmaları və investisiya təşviqi sənədinə dair onlayn maarifləndirmə tədbiri keçiriləcək17:51Nizami Cəfərov “Şöhrət” ordeni ilə təltif edilib17:46Elmin İnkişafı Fonduna yeni icraçı direktor təyin olunub17:23Birləşmiş Ərəb Əmirliklərində keçirilən “SMART SME MENA 2019” sərgisi başa çatıb17:02Azərbaycan Özbəkistanda keçirilən CAREC tədbirlərində təmsil olunub16:51Bu yolda hərəkət məhdudlaşdırılacaq16:26Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib16:04Paytaxt məktəblərində Beynəlxalq Sülh Günü qeyd edilib15:41Hərəkətin təhlükəsizliyinə zəmanət gücləndirilir15:31Azərbaycan ilə Hindistan arasında iqtisadi əməkdaşlıq müzakirə edilib15:00Kənd Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Birliyi təsis edilib14:50Qazaxda kənd təsərrüfatında uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı zona müşavirəsi keçirilib14:06Bal yarmarkasına qeydiyyatı təsdiqlənmiş arıçıların məhsullarının qəbulu yekunlaşır13:51AAYDA rəhbərliyi vətəndaşları qəbul edib13:45Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edir13:40Sabah Azərbaycanda qar yağacaq13:30Özəl tibb sahəsində kiçik və orta biznesin inkişafı müzakirə edilib13:11Biz ədalətli oyunun tərəfdarıyıq: “Kaspersky Lab” kiberidmanda fırıldaqçılığa qarşı mübarizə həllitəqdim edir13:00Müəllimlər üçün peşəkar inkişaf proqramı həyata keçirilir12:46Şimal zonasında 1000-dən çox abonentin qaz təchizatında problem yaranıb12:30Hansı halda Ermənsitanla danışıqlar yoluyla problemin həll ediləcəyinə az da olsa ümid yaranır?12:24Hansı millət vəkili 300 min dollara görə deputat vəsiqəsini girov qoydu?12:09Hərbi təlimlərin döyüş atışlı əsas mərhələsi icra olunub - VİDEO11:56Keçən ay 54 bina üzrə 1488 mənzilə təbii qazın verilməsi təmin edilib11:37Mehriban Əliyeva neftçiləri təbrik edib11:12Azərbaycan və Ermənistan XİN rəhbərləriı sentyabrın 23-də Nyu-Yorkda görüşəcəklər10:59Sumqayıtın qaz təchizatında məhdudiyyət olacaq10:36Yeni subsidiya mexanizminin tətbiqinə dair fermerlərə təlimlər keçirilir10:11Dini Komitə rəhbərliyi vətəndaşları qəbul edəcək09:41Atəşkəs rejimi 21 dəfə pozulub09:19Azərbaycan və Tacikistan arasında aqrar sahədə əməkdaşlıq müzakirə edilib09:00“Əsrin müqaviləsi”nin imzalanmasının 25-ci ildönümü qeyd olunur18:00Aparıcıdan “Qarabağ”a dəstək - Efirə belə çıxdı-VİDEO16:17"Azərsu" rəhbərliyi vətəndaşları qəbul edib15:46“Azərbaycan Dəmir Yolları” QSC TDƏŞ-in üzvlüyünə qəbul edildi14:21Enerji Effektivliyinə dair Milli Fəaliyyət Planının layihəsi müzakirə olunub13:44Baytarlıq sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrə həsr edilmiş tədbir keçirilib13:30"Əsrin müqaviləsi" həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri saziş idi13:04Torpağa basdırılmış ümumi dəyəri 300 min manat olan alkoqollu içkilər və tütün məmulatları aşkar edildi (FOTO, VİDEO)12:41Təhsil müəssisələrində Milli Musiqi Günü qeyd edilib12:21Gələn ildən üzüm bağlarının hər hektarına görə fermerə 600 manat subsidiya veriləcək12:00Cari ilin sonuna qədər ümumi qaz hasilatında 20 fazi artım proqnozlaşdırılır11:44Ölkə üzrə qaz ixracı 5 dəfədən çox artıb11:30Müdafiə naziri hərbi təlimlərlə bağlı müşavirə keçirdi11:06"Əsrin müqaviləsi"- Azərbaycanı qlobal dünya iqtisadiyyatının tərkib hissəsinə çevirən layihə10:28ADAU tələbələri üçün böyük dəyər – Universitetin öz TV-si yaradılıb10:00Nobel və Babək prospektlərini birləşdirən küçələr yenidən qurulur09:30Mövqelərimiz atəşə tutulub09:00Əhməd Əhmədzadə vətəndaşlarla görüşüb15:17“Türk Hava Yolları” Avropa istiqamətində endirim kampaniyasına start verib15:05Pirotexniki vasitələr aşkarlandı14:57Milli Musiqi Günü metroda qeyd edilib14:21Azərbaycan-Tacikistan Aqrobiznes Forumu keçirilib14:09Gürcüstandan qeyri-qanuni yolla siqaret gətirilməsinin qarşısı alındı14:00Şagirdlərin yerdəyişməsi ilə bağlı 56 462 müraciət daxil olub13:47EKTİS-də qeydiyyatdan keçən fermerlərin sayı 335230 nəfərə çatıb13:29Qubada "Azərişığ"ın maşını dərəyə aşıb, ölənlər və yaralananlar var13:20Ramiz Mehdiyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb13:00Sabah Bakıda güclü külək əsəcək12:50Prezident İlham Əliyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibini qəbul edib12:38Azərbaycanda 622689 hektar sahədə payızlıq əkinlər üçün şum aparılıb12:21Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçilir12:00Müəllimlərin İKT bilikləri yoxlanılır11:50Külli miqdarda dərman preparatları aşkar edilib (FOTO, VİDEO)11:23Müdafiə nazirinə təlimlərin gedişi barədə məruzə edilib – VİDEO10:49Futbolçu Mahir Emrelinin evini talamaqda şübhəli bilinən şəxslər tutulublar10:23Bir neçə yaşayış məntəqəsinin qaz təchizatı dayandırılıb10:00İkitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub09:30Ermənilər atəşkəs rejimini 20 dəfə pozub19:00Kənd Təsərrüfatı Nazirliyinin dəstəklədiyi ilk aqrobiznes dəyər zənciri layihələri fəaliyyətə başlayıb18:03Nazir İnam Kərimov Azərbaycan Dövlət Aqrar Universitetində tədrisin təşkili prosesi ilə tanış olub16:38Zabrat qəsəbəsində səth sularının kənarlaşdırılması məqsədilə yeni layihənin icrasına başlanılıb16:19Bakıda növbəti beynəlxalq ekoloji aksiya keçiriləcək15:42Energetika Nazirliyində “Beynəlxalq Sülh Günü” ilə bağlı tədbir keçirilib15:17“Türk Hava Yolları” “2020-ci ilin beş ulduzlu qlobal hava yolları şirkəti” adına layiq görülüb14:42Avropa Şurası Azərbaycan əlaqələri qarşılıqlı hörmət prinsipinə əsaslanır14:14Neftçalanın daha bir kəndinə təbii qaz verildi14:03Kənd Təsərrüfatı Sənayesi və Əlaqədar Maşınların Sərgisi keçiriləcək13:50“İrəli” -nin əməkdaşları İspaniyada beynəlxalq layihədə13:40Paşinyanın komandasında "yarpaq tökümü" başladı13:25Azərbaycan ilə Böyük Britaniya arasında hərbi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub12:40Sosial sığorta haqlarının yığımı sahəsində görülmüş işlər müzakirə edilib12:11Qəza 350 abonenti qazsız qoydu
BÜTÜN XƏBƏRLƏR
Eylül 2019 (480)
Ağustos 2019 (57)
Temmuz 2019 (579)
Haziran 2019 (568)
Mayıs 2019 (846)
Nisan 2019 (647)

«    Eylül 2019    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Şərəfli müəllim ömrü

06 Sentyabr 2019, 13:54   

Newscenter.az.6.09.2019. İnsanın müəllimləri haqda yazmağı həmişə çətindir. Təkcə ona görə yox ki, tələbə üçün ustadı barədə söz demək böyük məsuliyyət tələb edir. Həm də ona görə ki, müəlliminə qarşı duyduğun minnətdarlıq hissini ifadə etmək istədiyin kəlmələr həmişə yetərsiz görünür. Əslində, belə də olmalıdır. Çünki müəllim adı hər cür təşbehdən yüksəkdə dayanır. Mən də bu gün hər cür süni bənzətmələrdən uzaq sadə sözlərlə müəllimlərimdən biri haqqında danışacam. Bu günlərdə 60-cı ilini başa vurduğu ömrünün az qala 40 ilini müəllimliyə, 30 ilini elmə xərcləyən Vaqif müəllim haqda. Tədqiqatçı-alim, iqtisad elmləri üzrə fəlsəfə doktoru VaqifRüstəmov haqda.

Qısa arayış:Vaqif Əli oğlu Rüstəmov 1959-cu il avqust ayının 28-də anadan olub. 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsini bitirərək riyaziyyatçı ixtisasına yiyələnib. 1981-1985-ci illər ərzində Laçın və Abşeron rayonlarında müxtəlif kənd orta məktəblərində riyaziyyat müəllimi vədirektor müavini vəzifələrində çalışıb. 1985-ci ilin dekabr ayındaAzərbaycanElmlər Akademiyasının Kibernetika İnstitutunun aspiranturasına daxil olub və“Struktur dəyişikliklərinin iqtisadi artıma təsirinin modelləşdirilməsi” mövzusunda dissertasiya işi müdafiə edərək “Ekonometriya” ixtisası üzrə iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb. 1999-cu ildə “Dünya iqtisadiyyatı və beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə baş elmi işçi elmi adına layiq görülüb.

1989-cu ilin iyul ayında aspiranturanı bitirdikdən sonra Kibernetika İnstitutunun “Kibernetika” Xüsusi Konstruktor Bürosuna göndərilib, iqtisadçı-mühəndis vəzifəsinə təyin olunub. 1992-ci ilin mart ayından Dövlət Plan Komitəsi yanında Elmi Tədqiqat İqtisadiyyat İnstitutuna (indiki İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu) köçürülüb. Həmin dövrdən 2007-ci ilin aprel ayına kimi İnstitutda böyük elmi işçi, şöbə müdiri, elmi işlər üzrə direktor müavini və direktor vəzifələrində çalışıb.

Sosial-iqtisadi yönümlü elmi-tədqiqat və siyasət təhlili sahəsində 30 ilə yaxın iş təcrübəsinə malik olan iqtisadçı alim Vaqif Rüstəmov elmi dairələrdə peşəkar tədqiqatçı kimi tanınır, onun bu sahədə fəaliyyəti həmişə yüksək qiymətləndirilir. Vaqif müəllim makroiqtisadiyyat, iqtisadi-riyazi modelləşdirmə, indikativ planlaşdırma, davamlı inkişaf, regional inkişaf, yoxsulluğun azaldılması, ölkə iqtisadiyyatının müqayisəli üstünlüklərinin müəyyənləşdirilməsi və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyası, qeyri-neft sektorunun rəqabətqabiliyyətliliyinin yüksəldilməsi və s. bu kimi problemlərin nəzəri-metodoloji, metodiki və təcrübi məsələlərinin tədqiqi və aktual sosial-iqtisadi məsələlər üzrə siyasət təhlilləri ilə məşğul olub.
60-dan çox dərc olunmuş (ölkədə və xaricdə) elmi məqalə, tezis və elmi-tədqiqat işlərinin, 1 monoqrafik nəşr, 1 monoqrafiya (həmmüəlliflərlə), 2 kitabın (həmmüəlliflərlə), 1 kitabçanın müəllifidir. Azərbaycan dilində nəşr olunmuş beşcildlik Böyük İqtisadi Ensiklopediyanın müəlliflərindən və məsləhətçilərindən biridir.

Sosial-iqtisadi sahələrə aid qanunların və digər hüquqi-normativ aktların, konsepsiya, strategiya, proqram və tədbirlər planı kimi siyasət sənədlərinin, dövlət proqramları layihələrinin hazırlanması, ekspertizası və müzakirəsi proseslərinin fəal iştirakçısı olub.
Bunlarla bərabər, Vaqif müəllim uzun illərdir BMT, Dünya Bankı, Asiya İnkişaf Bankı və digər nüfuzlu beynəlxalq qurumların da məsləhətçisi qismində çalışır.

Vaqif müəllimin tədqiqatçı kimi əməyi dövlətimiz tərəfindən də layiqincə qiymətləndirilib. Belə ki, cənab Prezidentin 21 oktyabr 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan iqtisadiyyatının inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Girişdə qeyd etdiyim kimi, Vaqif Rüstəmov həm də müəllimdir. Doğulub boya-başa çatdığı torpaqda orta məktəbdən başladığı müəllimlik missiyasını ali təhsil ocaqlarında davam etdirib.1989-cu ildən etibarən ölkənin müxtəlif ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyətlə məşğul olub.İndiyə qədər onlarla magistrin, 20-yə yaxın aspirant və dissertantın, doktorantın elmi rəhbəri olub, elmi şuraların, elmi redaksiya heyətlərinin üzvüdür.
Vaqif müəllimlə yolumuz ali təhsil illərimdə kəsişib. Daha doğrusu, birləşib. Vaqif müəllim əvvəlcə mənim fənn müəllimim olub, sonra məni gənc tədqiqatçı kimi elmi-tədqiqat institutunda işə dəvət edib. Bununla da mənim tədqiqatçı karyeram üçün çox uğurlu başlanğıc kimi elmi-tədqiqat institutunda kiçik elmi işçi vəzifəsində əmək fəaliyyətinə başladım.

Doğrudur, 20 il əvvəl bir elmi-tədqiqat mərkəzinin işçisi olaraq çox cüzi məbləğdə maaş alırdıq, maddi sıxıntılar yaşayırdıq. Lakin bütün çətinliklərə baxmayaraq, məhz Vaqif müəllimin məsləhətləri və qayğısı ilə tutduğumuz elm yolu ilə usanmadan irəliləyirdik, onun elmi rəhbərliyi altında öz potensialımızı gücləndirirdik.Vaqif müəllim həmişə deyirdi ki, vicdanla, məsuliyyətlə, əzmlə, səbrlə, sapmadan tutduğunuz yolla irəliləyin, cəmiyyət üçün faydalı şəxs olun və dəyər yaradın, nəticədə mütləq hər şey uğurla nəticələnəcək. Çünki o hər zaman inanıb ki, uğura aparan yol zəhmətə qatlaşmaqdan və işinin peşəkarıolmaqdan keçir, həmişə də bizə bunu aşılamağa çalışıb. Özünün bir sevimli ifadəsi ilə desək, Vaqif müəllim ətrafındakılara balıq verməyə yox, balıq tutmağı öyrətməyə üstünlük verir. Onun müəllim kimi, elmi rəhbər kimi biz tələbələrindən bircə gözləntisi vardı: bacardıqca daha çox öyrənmək, öz üzərində daha çox işləmək və cəmiyyət üçün faydalı olmaq. İctimai mənafelər tələb edəndə təmənnasız olmaq, səlahiyyət əldə etməyə çalışmaq yox, məsuliyyət götürməyə hazır olmaq, istər kiçik, istər böyük iş olsun fərq etməz, həmişə peşəkarlıqla və yanımlılıqla işləmək, seçdiyin yolda sabit və davamlı olmaq – bütün bunlar Vaqif müəllimdən əxz etdiyimizdəyərlərdir.

Çox məmnunluqla deyə bilirəm ki, Vaqif müəllimin səmimi yanaşmasına və müdrikliyinə inanaraq onun gənclərə təlqin etdiyi yolda irəliləyənlər qısa müddətdə öz həyatlarının uğur hekayəsini yarada bildilər. İndi onun neçə-neçə tələbəsi, yetirməsi özü ilə çiyin-çiyinə ölkəmizin sosial-iqtisadi inkişafı və rifahı naminə yorulmadan çalışmaqdadırlar. Onun verdiyi biliklər, göstərdiyi yol sayəsində Azərbaycan iqtisad elmi neçə-neçə dəyərli mütəxəssis, peşəkar tədqiqatçı qazanıb.

Vaqif müəlliminbiz tələbələrinin uğurlarına sevindiyini gördükcə biz də həmişə arzuedirdik ki, gün o gün olsun öz övladlarının daha böyük uğurlarınınsevincini yaşasın, biz də onun sevincinə şərik olaq. Və belə də oldu. Vaqif müəllim hazırda həm Azərbaycanda, həm də Azərbaycandan kənarda ölkəmizin tərəqqisi naminə əllərindən gələni əsirgəməyən 3 istedadlı oğul atasıdır.

Böyük oğlu Əli Rüstəmov Azərbaycanda və xaricdə mükəmməl ali təhsil alıb, hazırda 26 yaşlı gənc mütəxəssis olaraq ölkəmizdə mühüm dövlət qurumunda makroiqtisadçı kimi çalışır, çox nüfuzlu universitetdə isə iqtisadiyyatdan ingilis dilində dərs deyir.
İkinci oğlu Akif Rüstəmov da xaricdə ali təhsil alıb, hazırda Avropa ölkələrində intellektual biznes fəaliyyəti ilə məşğul olan şirkətin qurucusudur.
Üçüncü oğlu Zaur Rüstəmov isə hazırda elektron texnologiyalar ixtisası üzrə ali təhsil alır.
Vaqif müəllimindi də var gücü ilə ölkəmizin iqtisadi inkişafı üçün çalışır, insanlarımızın rifahı naminə bilik və bacarığını əsirgəmir. Mən də bu yolda MÜƏLLİMİMƏ davamlı uğurlar arzulayıram.

Firdovsi Fikrətzadə
iqtisad elmləri üzrə fəlsəfə doktoru
OXŞAR MÖVZULAR