Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət Miqrasiya Xidmətində təlim keçirilib



Newscenter.az.13.09.2019. Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına “Azərbaycan Respublikasında yeni inzibati hüquq, onun tətbiqi ilə bağlı aktual məsələlər” mövzusunda təlim təşkil edilib.

Xidmətdən Newscenter.az-a bildirilib ki, təlim miqrasiya orqanları işçilərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və aidiyyəti struktur bölmələrin fəaliyyət istiqamətlərinin əlaqələndirilməsi məqsədilə keçirilib.

Təlimdə Milli Məclisin inzibati və hərbi qanunvericilik şöbəsi müdirinin müavini Səyyad Kərimov iştirakçılara inzibati icraatın başlanılmasının əsasları və prinsipləri, inzibati akt, inzibati aktın forma və məzmunu, inzibati aktın hüquqi qüvvəsi, inzibati aktın icrası ilə bağlı məlumat verib.
Mövzu ilə bağlı suallar cavablandırılıb və fəaliyyət istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, təlim Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşmanın dəstəklənməsi” layihəsi çərçivəsində təşkil edilib
Xəbəri paylaş