Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əli Kərimlinin cinayət məsuliyyətinə cəlb edilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət edildi

Əli Kərimlinin cinayət məsuliyyətinə cəlb edilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət edildi


Newscenter.az.24.09.2019. “Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin sədri Arzuman Abdulkərimov AXCP sədri Əli Kərimli və onun keçmiş müavini Fuad Qəhrəmanlının barəsində cinayət işinin başlanması ilə bağlı Azərbaycan Respublikasının güc strukturlarına müraciət ünvanlayıb.

Newscenter.az həmin müraciəti təqdim edir:

Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazova
“Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin sədri olaraq, cəmiyyətdə və sosial-siyasi həyatda baş verən prosesi daim təşkilatımızın üzvləri arasında müzakirə edir və aidiyyatı qurumlara təkliflər veririk. Bu bizim həm ictimai fəaliyyətimizdən, həm də vətəndaşlıq borcumuzdan irəli gəlir.

Hamıya məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demoktratik dövlət quruculuğunda ən mütərəqqi addımları ilə dövlətlərin diqqət mərkəzindədir. Ölkədə mövcud olan siyasi sabitlik, sosial–iqtisadi inkişaf daxildə və xaricdə bir çox şəxslərdə, siyasi qüvvələrdə qısqanclıq hissləri yaradır. Bu baxımdan Azərbaycan sosial-siyasi mühitində baş verən proseslər bizi də narahat etməyə bilməz. Diqqətinizi son zaman ölkənin ictimai-siyasi vəziyyətini zəbt etmiş bir məsələyə yönləndirmək istərdim. Bu AXCP-nin sabiq sədr müavini, partiyanın Rəyasət Heyətinin və Ali Məclisinin üzvü Fuad Qəhrəmanlı tərəfindən qızının və ailə üzvlərinin davamlı olaraq məişət zorakılığından əziyyət çəkməsidir. Fuad Qəhrəmanlının qızı Selcan Qəhrəmanlı (Yağmur) öz açıqlamasında atası tərəfindən ona və anası - Zümrüd Yağmura qarşı fiziki və psixoloji zorakılığın uzun illər boyu davam etməsini və bundan hətta partiya sədri Əli Kərimlinin məlumatlı olmasını da qeyd etmişdir.

Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən:

I.Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir
II. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
III. Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər.
IV. Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır.
VI. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.

Nəzərinizə çatdırmaq istəyirəm ki, 2 oktyabr 2010-cu il tarixdə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Məişət Zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının qanunu” qəbul olunmuşdur. Qanun yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müəyyən edir və tənzimləyir. Məişət zorakılığı yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurması deməkdir. Məişət zorakılığı halları çox təəssüf olsun ki, dövrümüzdə ictimai-siyasi fəaliyyətlə məşğul olan şəxslər tərəfindən də törədilir. Qeyd etmək istərdim ki, cəmiyyətimiz həmin hallara biganə qalmamalıdır. Məişət zorakılığı törədən şəxslərə, həmçinin ictimai qınaqla birbaşa qanunvericilikdən irəli gələn digər cəza tədbirləri də tətbiq edilməlidir.
Selcan Qəhrəmanlı (Yağmur) açıqlamasında eyni zamanda bildirir ki, AXCP sədri Əli Kərimli baş vermiş hallarla məlumatlı olmuş və öz partiya yoldaşına düzgün istiqamət verməkdən vaz keçərək onun əməllərini dəstəkləmiş və ailə üzvlərini bu zorakılıq halları ilə bağlı dözümlü olmağa çağırmışdır.

Buradan belə nəticəyə gəlmək olar ki, Əli Kərimli də zorakılığı dəstəkləmiş və bununla bağlı heç bir yerə müraciət etməyərək özünü də zorakı şəxs kimi göstərmişdir. Beləliklə Əli Kərimli öz müavinini dəstəkləyərək onunla eyni psixoloji durumda olduğunu sübut etmişdir. Azərbaycanın siyasi hakimiyyətinə iddialı olan bir partiyanın rəhbərlərinin bu kimi halları və cəmiyyətdə məişət zorakılığını dəstəkləməsi nə dərəcədə düzgündür?! Xəyali olaraq təsəvvür edək ki, bu şəxslər hakimiyyətə gəlib və dövlətdə yüksək vəzifə tutublar. O zaman ölkədə hansı halların baş verə biləcəyini təsəvvür etmək belə qorxuludur.

“Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda qeyd edilir ki, siyasi partiya Azərbaycan Respublikasının vətəndaşları tərəfindən ölkənin siyasi həyatında, vətəndaşların siyasi iradəsinin formalaşdırılmasında və ifadə olunmasında iştirak etmək niyyəti ilə bu Qanuna uyğun olaraq yaradılmış qeyri-kommersiya hüquqi şəxsidir. Bəs cəmiyyətdə zorakılığı dəstəkləyən, ictimai fikri yanıldan, ölkəni sosial problemlər ağuşuna atmaq niyyəti güdən bu partiya sədrinin və onun rəhbər üzvlərinin fəaliyyəti nə üçün nəzarətə götürülmür?

Yeri gəlmişkən dövlət qulluğuna işə qəbul olunan Azərbaycan Respublikasının vətəndaşları psixoloji-sağlıq durumları barədə müvafiq tibbi sağlamlıq arayışının təqdim edilməsi əsas şərt olduğundan, hesab edirik ki, hakimiyyətə iddialı olan siyasi fəaliyyətlə məşğul olan və rəsmi dövlət qeydiyyatına alınmış siyasi partiyaların rəhbər heyyətinin də eyni zamanda psixoloji-sağlıq durumları barədə müvafiq tibbi sağlamlıq arayışının təqdim edilməsi əsas şərt olaraq müvafiq “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda öz əksini tapmalıdır.

Müraciət edərək AXCP–nin cəmiyyətdə bu zorakı fəaliyyətinin dəstəklənməsi və partiya rəhbəri, onun müavinlərinin bu cür davranışlarla cəmiyyətə mənfi təsir göstərməsi “Siyasi partiyalar haqqında” və “Məişət zorakılığına qarşı mübarizə haqqında” qanunu ilə bağlı araşdırmanın aparılmasını, zorakı şəxslərin psixoloji baxımdan cəmiyyətə təhlükəli şəxs olaraq qiymətləndirilməsi və onların siyasi baxımdan fəaliyyətlə məşğul olub olmaması ilə bağlı Azərbaycan Respublikasının müvafiq qanunvericiliyindən irəli gələrək müvafiq tədbirlərin həyata keçirməyi və qanunamüvafiq qaydada tədbirlər görməyinizi və yuxarıda qeyd etdiklərimizi nəzərə alaraq AXCP sədri Əli Kərimli və keçmiş müavini, AXCP rəyasət heyyətinin üzvü, eyni zamanda AXCP Ali Məclisinin üzvü Fuad Qəhrəmanlı barəsində müvafiq materialların toplanması və Cinayət işinin qaldırılması barədə aiddiyatı qurumlara göstəriş verməyinizi Sizdən xahiş edirik!
Hörmətlə,

Arzuman Abdulkərimov
“Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin sədri
Xəbəri paylaş