Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qaxda partlayış baş verib, 4 nəfər xəsarət alıb - SİYAHI



Newscenter.az.8.10.2019. Qaxda partlayış baş verib, xəsarət alanlar var.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, bu gün səhər saatlarında Qax Kommunal Müəssisələri Kombinatının işçiləri şəhər ərazisində torpaq yayan zaman naməlum səbəbdən partlayış baş verib.

Nəticədə xəsarət alan 4 nəfər Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda hadisənin səbəbləri araşdırılır.

***

Partlayış nəticəsində xəsarət alanların kimliyi bəlli olub. Bunlar 49 yaşlı Cemali Zeynalaşvili, 26 yaşlı Sardion Daroşvili, 31 yaşlı David Nuroşvili və Beka Papiaşvilidir.
Xəbəri paylaş