Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ARDNF tərəfindən 7 536,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib



Newscenter.az.25.10.2019. Cari ilin 9 ayında ARDNF-nin 2019-cu il büdcəsinin icrası çərçivəsində 7 536,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib.

Neft Fondunun ictimiayyətlə əlaqələr şöbəsindən Newscenter.az-a bildirilib ki, bu müddət ərzində qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 126,4 milyon manat vəsait ayrılıb. 2019-cu ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 18,0 milyon manat təşkil edib.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərci 219,8 milyon manat təşkil edib.
2019-cu ilin 30 sentyabr tarixinə Fondun aktivləri 2019-cu ilin əvvəlinə (38 515,2 milyon ABŞ dolları) nisbətən 10,4% artaraq 42 524,4 milyon ABŞ dollarına bərabər olub.

Aktivlərin artımı ARDNF-nin büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub. Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınıb. Belə ki, səhm alt portfeli üzrə ötən ilki mənfi gəlirliliyə baxmayaraq (-6,6%) 2019-cu ilin 9 ayı ərzində müvafiq göstərici 15,2% təşkil edib.

Zaur
Xəbəri paylaş