Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yanvarın 1-dən 18 yaşdan aşağı şəxslərə enerji içkilərinin satışı qadağan olunacaq



Newscenter.az.8.11.2019.Yanvarın 1-dən enerji içkilərinin istehsalında hər hansı növ etil spirtinin istifadəsinə yol verilməyəcək. Bu barədə məlumat Newscenter.az-a Qida Təhlükəsizliyi Agentliyindən daxil olub. Bildirilib ki, Tərkibində karbohidratların kütlə payı isə 11%-dən artıq olmayacaq.

AQTA tərəfindən hazırlanan “Enerji içkilərinə dair müvəqqəti sanitariya norma və qaydaları”na görə, enerji içkilərinin etiketlərində "Yaşlılara, hamilə və süd verən qadınlara, diabetdən, ürək fəaliyyətinin pozuntusundan, böyrək çatışmazlığından, hipertonik xəstəliklərdən, sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərə, metabolizm problemi olan insanlara istifadəsi tövsiyə olunmur” sözləri qeyd edilməlidir.

Qeyd edək ki, yanvarın 1-dən “Enerji içkilərinə dair müvəqqəti sanitariya norma və qaydaları”na görə 18 yaşdan aşağı şəxslərə enerji içkilərinin satışı qadağan olunacaq.

Orxan
Xəbəri paylaş