Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“MDB üçün 100 ideya” Beynəlxalq gənclər layihəsinin final mərhələsi keçiriləcək



Newscenter.az.13.11.2019. Noyabrın 14-15-də Bakı şəhərində “MDB üçün 100 ideya” Beynəlxalq gənclər layihəsinin final mərhələsinin keçirilməsi nəzərdə tutulub.

Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən Newscenter.az-a bildirilib ki, tədbirin keçirilməsində məqsəd – Müstəqil Dövlətlər Birliyinə üzv olan ölkələrin gənclərinin sosial-iqtisadi əhəmiyyətli innovativ fəaliyyətinin dəstəklənməsi, elmi-texniki yaradıcılığa sövq edilməsi və gənclərin beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsindən ibarətdir.

Tədbir çərçivəsində MDB üzv dövlətlərindən ölan gənclərin elm, texnika və digər sahələrdə olan layihələrin Sərgi-təqdimat və Müsabiqəsinin keçirilməsi nəzərdə tutulur. Qaliblərin müəyyən edilməsi üçün layihələrinin ekspertizası, seçiminin aparılması planlaşdırılır.

Sərgidə MDB üzv dövlətlərindən olan 30-dan artıq gəncin layihələri təqdim ediləcək. Sərgi-təqdimatın açılış mərasimi 14 noyabr 2019-cu il tarixdə saat 15:00-da, qaliblərin mükafatlandırma mərasimi isə 15 noyabr tarixdə saat 15:00-da Bakı Kristal Zalının Media Mərkəzində keçiriləcək.

Ehtiram
Xəbəri paylaş