Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu erməni lobbisinə vurulan ciddi zərbə idi



Newscenter.az.15.11.2019. "ABŞ Konqresinin Nümayəndələr Palatasının qondarma erməni soyqırımı qətanaməsini qəbul etmıəsinə baxmayaraq, bu qətnamə gündəlikdən düşdü. Erməni lobbisinin ciddi cəhdlərinə baxmayaraq, bu qətnamə Ankara-Vaşinqton arsında müzakirə və probelm predmetinə çevrilmədi".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, qeyd edib ki, bu erməni lobbisinə vurulan ciddi zərbə idi:

"Artıq ermənilər də başa düşdülər ki, bu qondarma erməni qətnaməsi sadəcə Vaşinqton üçün siyasi bir alətdi. Vaşinqton üçün bunun heç də siyasi və tarixi əhəmiyyəti yoxdur. Məhz ermənilər böyük dövlətlərin əlində bir siyasi alət olduqlarının bir daha şahidi oldular".

Xosrov
Xəbəri paylaş